Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb
Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 2024-cü ili 548 min manat xalis mənfəət ilə başa vurub. Mərkəz 2023-cü ili 3 milyon 683 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 3 milyon 135 min manat və ya 85% (6,2 dəfə) azalıb. Xalis mənfəətin azalması xərclərin, o cümlədən istifadə edilmiş material ehtiyatları (xammal, materiallar, qablaşdırma materialları, yanacaq, ehtiyat hissələri, tikinti materialları, sair materiallar) üzrə xərclərin artması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin əməliyyat gəlirləri 2023-cü ildə 29 milyon 942 min manat ikən, 2024-cü ildə 30 milyon 550 min manat yüksəlib (608 min manat artıb). Cəmi əməliyyat xərcləri isə 3 milyon 542 min manat və ya 13,6% artaraq 29 milyon 568 min manat olub.
Bakı Sağlamlıq Mərkəzi 981 min manat əməliyyat mənfəətindən 433 min manat mənfəət vergisi ödəyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
14 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
23 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





























