Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur.
Bu barədə Marja "AzərEnerji" ASC-yə istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri (BESS) yaradılmasına başlanılıb.
Belə ki, "AzərEnerji" tərəfindən paytaxta yaxın 500 kilovoltluq "Abşeron" yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq "Ağdaş" yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır.
Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.
Qeyd edək ki, Batareya Saxlanc Sistemlərinin yaradılması enerji sistemin dayanıqlığının yüksəldilməsi, tezliyin stabilliyi, BOEM-lərdə kəsintilərinin azaldılması, aktiv güc çatışmazlığının kompensasiyası, pik yüklərin qarşılanması, günəşin batma saatlarında yük qrafikinin hamarlanması, qəza zamanı enerjisistemin sıfırdan bərpası baxımından olduqca əhəmiyyətlidir. Bu sistemlərin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemimizin qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.
Qeyd edək ki, 2027-ci ilə qədər ölkədə yaradılacaq 2 Qiqavat gücündə günəş və külək stansiyalarını şəbəkəyə inteqrasiya etmək məqsədilə "AzərEnerji" tərəfindən hazırda genişmiqyaslı proqram həyata keçirilir. Proqram çərçivəsində enerji saxlanc texnologiyalarının tətbiqi ilə yanaşı ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün Respublikanın ən böyük yarımstansiyalarından biri - 500/330 kV-luq "Nəvahi" Enerji Qovşağı tikilir və ordan Respublikanın müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir, rəqəmsallaşma və şəbəkə idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə kompleks işlər görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 22 d. əvvəl
-
-
32 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
43 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
43 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat




























