"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
Bakının Qaradağ rayonunda yerləşən zavodunda sement istehsalı ilə məşğul olan "Holcim (Azərbaycan)" ASC 2024-cü ili 19 milyon 544 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 12 milyon 922 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Holcim Azərbaycan"ın xalis mənfəəti ötən il 2023-cü illə müqayisədə 6 milyon 622 min manat və ya 51,2% artıb.
Marja.az "Holcim (Azərbaycan)" ASC və onun törəmə müəssisələrinin konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, Şirkətin satışdan gəlirləri 2023-cü ildə 166 milyon 535 min manat ikən, 2024-cü ildə 210 milyon 780 min manata yüksəlib (44 milyon 245 min manat və ya 26,6% artıb).
31 dekabr 2024-cü il tarixində "Holcim (Azərbaycan)" 114 milyon 578 min manat bölüşdürülməmiş mənfəətə malik olub.
Həmçinin, 31 dekabr 2024-cü il tarixində "Holcim (Azərbaycan)" ASC 296 milyon 733 min manat cəmi aktivlərə malik olub (2023-cü ilin sonunda 299 milyon 682 min manat).
Həmçinin oxu
"Norm" şirkəti gəlir və mənfəətini açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 41 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb


























