Yanğın baş verən boya zavodu fəaliyyətini bərpa edib – RƏHBƏRİNDƏN AÇIQLAMA

Avqustun 22-də güclü yanğın baş vermiş Abşeron rayonunun Aşağı Güzdək kəndində yerləşən və "CMT Group" MMC şirkətinə məxsus olan boya zavodu fəaliyyətini bərpa etməyə başlayıb.
Bu barədə şirkətin təsisçisi Vüqar Hacı bildirib.
Onun sözlərinə görə, yanğın nəticəsində boya zavodunun istehsal sahələrinə və bir sıra avadanlıqlarına zərər dəyib. Amma şirkətin öz öhdəliklərini yerinə yetirməsi və satışı təmin etmək üçün kifayət qədər hazır məhsul ehtiyatı var.
Vüqar Hacı bildirib ki, yanğın baş verəndən dərhal sonra həyata keçirilən təcili tədbirlər, eləcə də kollektivin və xarici tərəfdaşların dəstəyi ilə müəssisədə istehsal qismən bərpa olunub.
Artıq Türkiyə və digər Avropa ölkələrindən istehsalın tam bərpası üçün zəruri avadanlıqların ölkəyə göndərilməsinə başlanılıb. Görülən tədbirlər nəticəsində müəssisə yaxın günlərdə tam gücü ilə istehsalı bərpa edəcək.
Eləcə də şirkətin satış məntəqələri adi qaydada öz fəaliyyətini və satışları davam etdirir.
Xatırladaq ki, "CMT Group" MMC şirkəti Azərbaycanda dünya səviyyəli texnoloji məhsul istehsalını həyata keçirək və xaricə sənaye məhsulu ixrac edən azsaylı texnoloji müəssisələrdən biridir.
"CMT Group" MMC şirkəti mürəkkəb texnoloji proses və böyük resurslar tələb edən sənaye və gəmi boyaları istehsalçısıdır. Şirkət hazırda Azərbaycanda yüksək keyfiyyətli "KNARR" markası altında dəniz və sənaye boyaları, "Penguin" markası altında inşaat və dekorativ boyayaları, eləcə də "Epo" markası altında yapi kimyasallar bə beton qatqılarının istehsalını həyata keçirir.
Bu məhsullar "CMT Group"un tərəfdaşı olan Niderlandın «Transocean» şirkətinin rəsmi lisenziyası əsasında dünya standartlarına uyğun istehsal edilir.
"CMT Group" MMC-nin məhsulları, xüsusilə də tanınmış "KNARR" boyaları artıq çoxdan Azərbaycan sərhədlərini aşıb və xarici ölkələrdə sənaye və gəmiqayırma sektorunda uğurla istifadə olunur.
Ölkə daxilində isə "CMT Group" şirkətinin "Penguin" və "KNARR" boyaları tikinti, sənaye, gəmiqayırma və gəmi təmiri sahələrində istifadə edilir. Yüksək keyfiyyət göstəricilərinə və müvafiq beynəlxalq sertifikatlara malik olan CMT şirkətinin boyaları keyfiyyətinə görə dünyada bu sahədə məşhur boyalardan qətiyyən geri qalmır və onlarla uğurla rəqabət aparır.
Qeyd edək ki, "CMT Group" şirkətinin boya zavodunun fəaliyyəti müəssisənin yerləşdiyi Abşeron rayonunun Aşağı Güzdək kəndi və Müşfiqabad qəsəbələrində sosial in iqtisadi vəziyyətinə də töhfə verir. Hazırda müəssisədə 150 işçi çalışır ki, onların da əksəriyyəti yerli kənd və qəsəbənin sakinləridir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
