Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
İngiltərə Bankının (BoE) cümə axşamı faiz dərəcəsini azaltması fonunda funt sterlinq dollar və avro qarşısında bahalaşıb. GBP/USD valyuta cütlüyü mərkəzi bankın qərarından sonra 1.33640 səviyyəsindən 1.34520 səviyyəsinə qədər kəskin bahalaşdı. EUR/GBP cütlüyü isə ötən gün ərzində 0.87430 həddindən 0.86640 həddinə kimi gerilədi.
ABŞ administrasiyasının iri qızıl külçələrinə idxal rüsumları tətbiq etməsi barədə xəbərlərdən sonra bu gün səhər dəyərli metalın qiyməti 1% bahalaşaraq 3409$-a qədər yüksəlib. Həmçinin, neft həftəni iyunun sonundan bəri qeydə alınan ən böyük enişlə başa vurur. Bu, ABŞ-ın tətbiq etdiyi rüsumların qlobal iqtisadiyyata mümkün təsirləri ilə bağlı investorların narahatlığı ilə əlaqələndirilir. Hazırda “Brent” markalı neftin bir barel üçün qiyməti 66.35$ təşkil edir.
İngiltərə Bankı avqust iclasının yekunlarına əsasən uçot faiz dərəcəsini 25 baza bəndi azaldaraq 4%-ə qədər endirib. Qeyd etmək lazımdır ki, BoE cari il ərzində artıq üçüncü dəfədir ki (hər dəfə 25 baza bəndi olmaqla) faiz dərəcəsini azaldıb.
Rusiyadan neft idxalına görə Vaşinqtonun Hindistana qarşı əlavə 25%-lik rüsumlar tətbiqi bu həftə bazarın enişini qismən cilovladı. Lakin ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə razılaşma baş verəcəyi halda həmin rüsumların ləğv edilə biləcəyini istisna etməyib.
İnvestorların diqqəti ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünə yönəlib. Tramp cümə axşamı bildirib ki, Ukraynadakı münaqişənin həllinə dair onun təyin etdiyi son tarixlə bağlı qərar Rusiya prezidenti Vladimir Putinin atacağı addımlardan asılı olacaq.
Əlavə olaraq, cümə axşamı “Bloomberg” agentliyi məlumat verib ki, ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin hazırkı üzvü Kristofer Uolleri, Jerom Pauellin 2026-cı ilin mayında başa çatacaq səlahiyyət müddətindən sonra FED sədrliyinə əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Dünən dərc olunan məlumatlara görə ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı 7 min nəfər artaraq 226 min nəfərə çatıb. Həmçinin, ölkədə Əmək Məhsuldarlığı əvvəlki üç ayla müqayisədə 2.4%, Əmək Qüvvəsinin Dəyəri isə 1.6% artıb. Almaniyanın Ticarət Saldosu 14.9 milyard avroya qədər artıb. Ölkənin Sənaye Sektorunda İstehsal Həcmində isə 2024-cü ilin dekabr ayından bəri ən böyük azalma müşahidə olunub.
Bu gün Kanadada açıqlanacaq İşsizlik Səviyyəsi və ABŞ-da dərc olunacaq “Baker Hughes” şirkətinin aktiv neft qurğuları ilə bağlı nəticələri investorların marağına səbəb olacaq hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)





.jpg)




.jpg)








