İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.
Marja xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Süleymanlı Cavid Elxan oğlu Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Cavid Süleymanlı bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Menecment ixtisası üzrə, magistratura təhsilini Türkiyənin Mərmərə Universitetində Beynəlxalq siyasi iqtisadiyyat üzrə, doktorantura təhsilini isə "2019-2023-cü illərdə Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyini artırmaq üzrə Dövlət Proqramı" çərçivəsində Türkiyənin İstanbul Universitetində alıb və sözügedən Dövlət Proqramının ilk məzunu olmaqla 26 yaşında ölkənin ən gənc alimlərindən biri olub.
Gənc alimin yüksək impakt faktorlu jurnallar olmaqla bir çox akademik məqaləsi mövcuddur. Elm sahəsində fəaliyyətinə görə 2023-cü ildə "İlin gənci" mükafatına layiq görülüb. Cavid Süleymanlı əmək fəaliyyətinə 2019-cu ildə UNEC-də müəllim olaraq başlayıb. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2024-cü ilin iyun ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş mütəxəssis vəzifəsində çalışırdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















