Dövlət Neft Fondu daşınmaz əmlaka investisiyalardan zərər edib
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi dəyəri 31 dekabr 2024-cü il tarixinə 3 milyard 537,7 milyon ABŞ dolları təşkil etmişdir. Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən ticarət mərkəzinə investisiya etmişdir.
Bundan əlavə daşınmaz əmlak portfelinə “PGIM”, “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares Management”, “BentallGreenOak”, “Starwood”, “Angelo, Gordon & Co”, “FLE SICAV-FIS”, “Prologis”, “Charter Hall”, “Brookfield” və “Niam” tərəfindən idarə olunan fond investisiyaları; “Gaw Capital”, “Walton Street”, “KIC” və “AroundTown” ilə birlikdə müştərək investisiyaları daxil olmuşdur.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında Rəydə bildirilir.
Daşınmaz əmlak alt portfelinin gəlirliliyi barədə
Qeyd edilib ki, daşınmaz əmlak alt portfelinin 2024-cü ildə gəlirliliyi -2,9% təşkil etmişdir. Daşınmaz əmlak alt portfelinin tərkibində müştərək investisiyalar üzrə gəlirlilik -11,4% olmuşdur.
Birbaşa daşınmaz əmlak investisiyaları
Daşınmaz əmlak alt portfelinə daxil olan Birbaşa investisiyalar 31.12.2024-cü il tarixə alt portfelin 18,78%-ni təşkil etmiş, məzənnə fərqi nəzərə alınmadan əldə olunan gəlirlik 5,4% olmuşdur. Ümumilikdə birbaşa investisiyalar alt portfelinə 4 əmlak kompleksi daxildir ki, onlardan Fondun İngiltərənin London şəhəri Seynt Jeyms 78 ünvanında yerləşən daşınmaz əmlakında və Paris şəhərində yerləşən Place Vendome daşınmaz əmlak kompleksinin bazar dəyəri artmış, net icarə haqları isə müsbət olmuşdur.
Yaponiya, Tokyo – Kirarito Ginza: 2024-cü ildə bazar dəyəri 392,0 milyon yen artaraq müsbət meyl göstərsə də, net icarə gəliri mənfi 471,8 milyon yen təşkil etmiş və nəticədə ümumi zərər təxminən 79,8 milyon yen olmuşdur.
Rusiya, Moskva – Tverskaya: Net icarə gəliri 256,1 milyon rubl olmaqla müsbət nəticə göstərsə də, bazar dəyərində 82,3 milyon rubl azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























