"Gələcəkdə ödənişli olacaq Ələt-Astara yoluna alternativ yolun yenidən qurulması 2026-cı ildə tamamlanacaq"
Bu il iyulun 1-nə “Azərbaycanda regional kommunikasiyaların inkişafı” layihəsi çərçivəsində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD - Dünya Bankı Qrupuna daxildir) təqdim etdiyi kreditin 97,08 %-i, yəni 63,1 milyon ABŞ dolları artıq istifadə olunub.
Dünya Bankının hesabatına istinadən verilən məlumata görə, 2021-ci ilin dekabrında qüvvəyə minmiş layihənin ümumi dəyəri 96 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 65 milyon ABŞ dolları IBRD krediti formasında təqdim olunub.
Layihə ölkədə təhlükəsiz, səmərəli və iqlim dəyişikliklərinə davamlı nəqliyyat əlaqələrinin qurulmasına, eləcə də Salyan-Biləsuvar (M3 magistralı - Ələt-Astara) avtomobil yolu boyunca əlaqələrin və bazarlara çıxışın yaxşılaşdırılmasına yönəlib. Onun 2026-cı il martın 31-dək tamamlanması nəzərdə tutulur.
Hesabatda qeyd olunur ki, layihənin səmərəli icrası nəticəsində müəyyən vəsaitə qənaət olunub və bu məbləğ dəhliz boyunca əlavə infrastrukturun yenidən qurulmasına yönləndirilib. “Yol bağlantısı” komponenti çərçivəsində bütün tikinti işləri, o cümlədən genişləndirilmiş həcm üzrə fəaliyyətlər artıq tamamlanıb. Ümumilikdə 67,35 km yol yenidən qurulub, 2,53 km yol təmir və asfaltlanıb, 1,3 km-lik yeni yol örtüyü döşənib, 10 yeni körpü tikilib.
Bu ilin iyun ayında Azərbaycan hökuməti IBRD-yə müraciət edərək layihə çərçivəsində qalan 2,3 milyon ABŞ dollarının Lənkəran və Masallı rayonlarında yerləşən iki körpünün yenidən qurulmasına yönəldilməsini təklif edib. Sözügedən körpülərin 6-7 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır.
Hökumətin müraciətində bildirilir ki, layihənin icrası nəqliyyat axınının artmasına və yolun ətrafında yerləşən logistik və xidmət infrastrukturuna özəl investisiyaların cəlbinə təkan verib: "Bu səbəbdən kommersiya obyektlərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsinə ehtiyac qalmayıb. Digər tərəfdən, M3 yolunun 193-cü və 197-ci kilometrlərində yerləşən, istismar baxımından müasir tələblərə cavab verməyən və təmiri iqtisadi cəhətdən əsaslandırılmayan iki köhnə körpünün dəyişdirilməsinin zəruriliyi vurğulanıb".
Yeni körpülərin söküntü, əlaqəli işlər, ümumi xərclər və ƏDV daxil olmaqla layihələndirilməsi və tikintisinin dəyəri 2,3 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu işlərin daha əvvəl yol tikintisini həyata keçirən podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur. Belə yanaşma mövcud müqavilə çərçivəsində və layihənin satınalma komandası ilə razılaşdırılmış formada həyata keçiriləcək.
Dünya Bankı komandası bu vəsaitin yolkənarı ticarət infrastrukturu deyil, köhnəlmiş və təhlükəli vəziyyətdə olan iki körpünün yenidən qurulmasına yönəldilməsini dəstəkləyib. Nəticədə layihə çərçivəsində inşa edilən müasir körpülərin sayı 12-yə çatacaq.
Sözügedən iki körpünün yenidən qurulması layihənin əsas məqsədlərindən biri olan M3 magistral yolunun ödənişli rejimə keçirilməsi planlarına xidmət edir. Bu körpülər köhnə M3 yolunun tam funksionallığını təmin edəcək və ödənişli yol istifadəyə verildikdən sonra onun üçün alternativ, pulsuz marşrut rolunu oynayacaq. Beləliklə, yenidənqurma regionda davamlı əlaqənin təmin olunması məqsədinə uyğun gəlir. Ödənişli sistemə keçid “Yol sektorunun dayanıqlığı” komponenti çərçivəsində hazırlanan “Avtomobil yollarından istifadəyə görə ödəniş üzrə Milli Strategiya”da nəzərdə tutulub.
Bundan əlavə, bu komponent çərçivəsində intellektual nəqliyyat sistemlərinin (İNS) tətbiqi vasitəsilə yol şəbəkəsinin idarə olunması və istismar səmərəliliyinin artırılması üçün texniki yardım göstərilir. Əsas istiqamətlər kimi ödənişli yol sisteminin tətbiqi və nəqliyyat vasitələrinin oxlar üzrə həddindən artıq yüklənməsinin qarşısının alınması müəyyən edilib.
İsveçin “Swedish National Road Consulting AB” şirkəti yol şəbəkəsinin idarə olunması strategiyaları, İNS texnologiyalarının tətbiqi və ödəniş sistemləri üzrə Azərbaycan tərəfinə məsləhət xidməti göstərir.
Hesabatda qeyd olunur ki, bu tədbirlərin icrası artıq irəliləyiş mərhələsindədir. Əsas hesabatlar hazırlanıb və hazırda Dünya Bankında baxılır. Yekun nəticələrin 2025-ci ilin dekabr ayına qədər Azərbaycanın hökumət qurumları ilə razılaşdırılması gözlənilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
25 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb




















