“TBC Kredit BOKT”ın lisenziyası könüllü əsasla ləğv edilib
Gürcüstanın “TBC Bank Qrup"u Azərbaycan bazarını tərk edir.Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov 15 iyul 2025-ci il tarixində Gürcüstanın “TBC Bank Qrup”unun nümayəndəsi, Özbəkistan “TBC Bank”ının İdarə Heyətinin sədri və Azərbaycanda fəaliyyət göstərən “TBC Kredit bank olmayan kredit təşkilatı” MMC-nin (“TBC Kredit BOKT”) Müşahidə Şurasının üzvü Spartak Tetraşvilini qəbul edib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycanın və regionun maliyyə sistemi üzrə tendensiyaları ətrafında müzakirələr keçirilib, maliyyə sektorunun inkişafı istiqamətində yeni strateji çağırışlar və hədəflər barədə fikir mübadiləsi aparılıb.
S.Tetraşvili AMB tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və onların inkişafı məsələlərinə toxunaraq, bu sahəyə indiyə qədər göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin “TBC Bank Qrup”u tərəfindən strategiyasında edilmiş dəyişikliyə müvafiq olaraq, “TBC Kredit BOKT"nin fəaliyyətinin dayandırılması və bu məqsədlə AMB-nin həmin təşkilatın lisenziyasının könüllü ləğvi üçün müraciət edildiyini qeyd edib.
Yekunda, “TBC Bank Qrup”unun gələcəkdə Azərbaycan maliyyə sektoruna qayıdışı perspektivləri müzakirə edilib və Qrupun növbəti fəaliyyətinə uğurlar arzulanıb.
Əlavə olaraq qeyd edək ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən “TBC Kredit BOKT” MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək AMB-nin İdarə Heyətinin 17.07.2025-ci il tarixli Qərarı ilə ona verilmiş 29.02.2000-ci il tarixli, 111-KB nömrəli müvafiq lisenziya könüllü əsasla ləğv edilib. Təşkilatın hesabatlarına əsasən, müvafiq tarixə fiziki şəxslər qarşısında öhdəlikləri mövcud deyil.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
9 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
10 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























