TuranBank 2025-ci ilin 1-ci yarısının nəticələrini elan edib
TuranBank ASC 2025-ci ilin II rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2025-ci ilin II rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 11, 5% artaraq 948 mln. manata çatıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6.7% və ya 44 mln. manat artaraq 696 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 370 mln. manat təşkil edib. Bankın depozit portfeli 5.4 mln. artaraq 467 mln. manat, fiziki şəxslərin depozitləri isə 10 mln. manat artaraq 377 mln. manat təşkil etmişdir ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.
O cümlədən ötən ilin analoji dövrü ilə müqayisədə TuranBank-ın əməliyyat mənfəəti 57% və ya 5.2 mln. manat artaraq 14.4 mln. manata, faiz gəlirləri 11% və ya 4.7 mln. manat artaraq 48.6 mln. manata, qeyri-faiz gəlirləri isə 12.4% və ya 3.4 mln. artaraq 11.5 mln manata yüksəlib. Qeyd edək ki, Bank 2025-ci ilin I yarısını 2,2 mln manat xalis mənfəətlə başa vurub.
Qeyd edilib ki, 2025-ci il II rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, TuranBank və nüfuzlu BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu arasında ölkəmizdə, xüsusilə regionlarda kiçik və orta biznesin, sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirmək məqsədilə yerli valyutada yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu tərəfindən Banka 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayrılıb.
Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid və qazi övladlarına daim diqqət və qayğı göstərən TuranBank ənənəyə sadiq qalaraq hesabat dövründə növbəti xeyriyyə aksiyasına imza ataraq DOST Agentliyinin “Könüllü DOST” proqramı çərçivəsində autizm, daun sindromlu uşaqlar, həmçinin şəhid ailələrinin övladlarının sosial inteqrasiyasını təşviq etmək, onların yaradıcılıq və bacarıqlarını inkişaf etdirmək, həmçinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar cəmiyyətin diqqətini onların hüquqlarına və ehtiyaclarına yönəltmək məqsədilə tədbir keçirib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
8 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
8 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
























