Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsi qaydası məlum olub.
Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, hava məkanından istifadə ilə bağlı müvəqqəti rejim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyini xəbərdar etməklə, Hərbi Hava Qüvvələrinin komandanı tərəfindən aşağıdakı hallarda müəyyən edilir və hava məkanının müəyyən hissəsinin hüdudları daxilində (o cümlədən, Azərbaycan Respublikasının hava yollarında, habelə beynəlxalq hava yollarında və mülki aerodrom rayonlarında) 3 (üç) günədək müddətə tətbiq edilir:
- ölkənin milli təhlükəsizliyinə təhdid olduqda;
- hava gəmiləri liter reysi ilə uçuş yerinə yetirərkən;
- axtarış-xilasetmə tədbirləri həyata keçirilərkən, kosmik obyektlər havaya buraxılarkən və yerə enərkən, təlimlər, hava paradları keçirilərkən, yeni aviasiya texnikası nümayiş etdirilərkən, habelə hava məkanından istifadəyə təhlükə törədə biləcək digər fəaliyyət (radioşüalanma, işıq və elektromaqnit şüaları və s.) həyata keçirilərkən;
- aviasiya və raket texnikasının sınaqdan çıxarılması (tədqiq edilməsi), rekordların müəyyən edilməsi, Hərbi Hava Qüvvələrinin hissələrinin döyüş hazırlığının yoxlanılması, Azərbaycan Respublikasının beynəlxalq uçuşlarının təmin edilməsi məqsədilə uçuşlar, eləcə də aerostat uçuşları yerinə yetirilərkən.
Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsi aşağıdakı qaydada müəyyən edilir:
- hava məkanından istifadə tam qadağan edilməklə (müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin tətbiqində maraqlı olan hava məkanı istifadəçilərinin fəaliyyəti istisna təşkil edir);
- hava məkanından istifadə qismən qadağan edilməklə (bu zaman hava məkanının digər istifadəçilərinin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilir).
Müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin tətbiq edildiyi rayonların sərhədləri hər bir konkret halda həyata keçirilən tədbirə uyğun şəkildə müəyyən edilir və bu zaman hava məkanının digər istifadəçiləri tərəfindən istifadəsi minimum səviyyədə məhdudlaşdırılır.
Hava məkanından mütəmadi istifadə zamanı müvəqqəti, yerli rejimlərin və ya qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsinin tələb olunduğu daimi məhdudiyyət zonaları müəyyən edilə və onlara nömrə verilə bilər. Qeyd edilən zonalarda müvəqqəti, yerli rejimlərin və ya qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsinə dair təqdimatda zonanın nömrəsi, tarix, müddət və hündürlüklərin diapazonları göstərilir.
Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti rejimin müəyyən edilməsi ilə bağlı təqdimatlar aşağıdakı qurumlar tərəfindən təqdim edilir:
- Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissələri, təşkilatları və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Aparatı;
-mülki eksperimental və mülki aviasiyaya münasibətdə Agentlik, dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə Müdafiə Nazirliyi;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlikləri.
Mülki aviasiya təşkilatlarının fəaliyyəti ilə əlaqədar müvəqqəti rejimin müəyyən edilməsi üzrə təqdimatlar Hava Hərəkətinin Təşkili Vahid Sisteminin Baş Mərkəzi vasitəsilə təqdim edilir.
Bir neçə təşkilatın iştirakı ilə tədbirlər keçirilərkən, müvəqqəti rejimin müəyyən edilməsi ilə bağlı təqdimat tədbirin keçirilməsinə görə məsuliyyət daşıyan təşkilat tərəfindən təqdim edilir.
Hava Hərəkətinin Təşkili Vahid Sistemi mərkəzlərinin birində konkret rayonda yerləşən təşkilatlar tərəfindən müvəqqəti rejimlərin müəyyən edilməsi üzrə təqdimatlar həmin Hava Hərəkətinin Təşkili Vahid Sistemi mərkəzi ilə razılaşdırıldıqdan sonra təqdim edilir.
Döyüş hazırlığı yoxlanılarkən, gözlənilməzliyə nail olmaq üçün Müdafiə Nazirliyinin göstərişinə əsasən hava məkanından istifadə ilə bağlı qısamüddətli məhdudiyyətlər sorğu verilmədən müəyyən edilə bilər. Belə olan halda məhdudiyyətlərin müəyyən olunması üçün informasiya , Hava Hərəkətinin Təşkili Vahid Sisteminin mərkəzlərinə 2 (iki) saat əvvəl, Hava Hərəkətinin Təşkili Vahid Sisteminin Baş Mərkəzinə isə 4 (dörd) saat əvvəl təqdim edilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























