Azərbaycan şirkətləri Moskvada 13 müqavilə imzaladı
Rusiyanın Moskva şəhərində keçirilən və Azərbaycanın yeganə ekskluziv partnyor olduğu “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin 2-ci günündə də yerli şirkətlərimiz bir sıra müqavilələr imzalayıblar.
Azərbaycanın fındıq istehsalçısı olan “Xanel” şirkəti Rusiyaya 40 ton fındıq ixracına dair bu ölkənin müvafiq sahədə fəaliyyət göstərən şirkəti ilə Müqavilə imzalayıb. “Xanel” şirkətinin Rusiyanın distributor şirkəti ilə imzaladığı digər müqaviləyə əsasən isə bu ölkəyə 80 ton fındıq ixrac olunacaq.
Sərgi çərçivəsində bu sahədə irihəcimli müqavilələri Azərbaycanın “Şirin” MMC şirkəti imzalayıb. “Şirin” MMC ilə Rusiyanın “Mir sladosti” şirkəti arasında imzalanmış Müqaviləyə əsasən, Rusiyaya 200 ton qənnadı məhsulları ixrac olunacaq. Rusiyanın Vladivostok, Tümen, Krasnoyarsk, Nijnıy Novqorod, İrkutsk və Tambov vilayətlərinin, həmçinin Ural regionunun distributor şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq, “Şirin” MMC bu vilayətlərin hər birinə 30 ton qənnadı məhsulları ixrac edəcək.
Bundan başqa, sərgi zamanı Azərbaycanın “Əmin qida sənaye” MMC şirkəti şəkərli vanil və qabartma tozunun Rusiyaya ixracına dair bu ölkənin distributor şirkəti ilə razılıq əldə edib.
Ümumilikdə, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin işə başladığı ilk 2 gün ərzində Azərbaycanın fındıq, qənnadı məmulatları, vanil və qabartma tozunun Rusiyaya ixracına dair 13 müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan “Worldfood Moscow” Sərgisində 30-dan çox ixracatçı şirkətlə təmsil olunur. Yerli şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları - meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində bu gün həmçinin, “Təzə meyvə-tərəvəz: ixrac coğrafiyasının genişləndirilməsi” mövzusunda Konfrans keçirilib. Tədbirdə çıxış edən dövlət qurumlarının nümayəndələri və iş adamları bağçılığın inkişafı, bu sahədə həyata keçirilən layihələr və proqramlar, meyvə və tərəvəz məhsullarının ixracı, bu məhsulların qablaşdırılması, saxlanması barədə fikir və təcrübələrini bölüşüblər. AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev keyfiyyətli və rəqabətədavamlı Azərbaycan məhsulları, ölkəmizin ixrac imkanları, “Made in Azerbaijan” brendinin tanıdılması sahəsində görülən işlər barədə danışıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Konfransdan sonra keçirilmiş furşetdə isə tədbir iştirakçılarına Azərbaycan məhsulları – meyvə, milli şirniyyatlar, qənnadı məmulatları, quru meyvələr və s. təqdim edilib. Furşetdə təqdim edilmiş təamlar konfrans iştirakçıları tərəfindən bəyənilib və yüksək qiymətləndirilib
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























