Dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq işləri aparılır
Ölkədə süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi istiqamətində fəaliyyət genişləndirilir. Bu kontekstdə Azərbaycan hökuməti dövlət xidmətlərinin daha çevik, effektiv və data əsaslı təşkili üçün yeni mərhələyə qədəm qoyur.
“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.2-ci bəndinə uyğun olaraq, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Rəqəmsallaşma üzrə Yol Xəritələri çərçivəsində dövlət qurumlarında süni intellekt texnologiyalarının tətbiqi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə sistemli hazırlıq işləri həyata keçirir. Bu çərçivədə Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) və Dövlət İmtahan Mərkəzinin əməkdaşları üçün “Süni İntellekt” təlim proqramı təşkil olunub.
Onlayn və əyani formatda keçirilən təlimlər çərçivəsində iştirakçılar süni intellekt sahəsində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə ediblər. Təlim iştirakçılarına süni intellekt həllərinin hazırlanması və real dünyada tətbiqi barədə geniş məlumat verilib.
İRİA-nın Data idarəolunması departamentinin müdiri Kamran Ağayevin iştirak etdiyi təlim prosesində dövlət qurumlarının nümayəndələri ilə süni intellektin tətbiqi üzrə növbəti pilot layihələrin icrası barədə müzakirələr aparıb. Məlumatların keyfiyyəti, etik məsələlər və dövlət idarəçiliyində süni intellektin inteqrasiyası üçün lazımi texniki və institusional infrastruktur məsələləri diqqət mərkəzində olub. Dövlət qurumları ilə növbəti mərhələdə həyata keçiriləcək süni intellekt əsaslı analitik sistemlər, qərar dəstək mexanizmləri və avtomatlaşdırılmış xidmət modelləri üzrə əməkdaşlıq planı da formalaşdırılıb.
Bu təşəbbüsün məqsədi dövlət qurumlarında süni intellekt layihələrinin planlaşdırılması və icrası üçün zəruri bilik və bacarıqların formalaşdırılmasını təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























