"For You Baku" layihəsinin satış ofisinin rəsmi açılışı baş tutdu - "Çıraq Plaza"da yerləşir
Azərbaycanın aparıcı şirkəti “AS Group” və Qazaxıstanın nüfuzlu tikinti şirkəti Bİ Group tərəfindən birgə həyata keçirilən premium yaşayış layihəsi “4You Baku”nun satış ofisi "Çıraq Plaza"da fəaliyyətə başlayıb.
"Çıraq Plaza" biznes mərkəzində yerləşən ofis, həm şəhərin mərkəzinə yaxın mövqeyi, həm də layihənin inşa edildiyi əraziyə birbaşa yaxınlığı ilə seçilir. Bu isə müştərilər üçün ərazi ilə yerində tanış olmağa və daha çevik qərar verməyə şərait yaradır.
Rəsmi açılış mərasimi məhz "Çıraq Plaza"da keçirilib və tədbirdə hər iki şirkətin rəhbər heyəti, media nümayəndələri, eləcə də tikinti və daşınmaz əmlak sektorunun müxtəlif mütəxəssisləri iştirak ediblər.
Tədbirin giriş hissəsində “AS Group” və “BI Group” nümayəndələri layihənin konsepsiyası, mərhələləri və təklif etdiyi üstünlüklər barədə təqdimatla çıxış etdilər. Daha sonra "Çıraq Plaza"dakı satış ofisinin rəmzi qırmızı lentinin kəsilməsi ilə açılış mərasimi rəsmiləşdirilib.
Qonaqlara hər iki şirkətin fəaliyyəti, layihə ilə bağlı təqdimatlar və interaktiv vizuallar təqdim edilib. Ziyarətçilər, "Çıraq Plaza"dakı ofisdə mənzil planları ilə tanış olmaq və ərazidə canlı görüntüləri izləmək imkanına sahib oldular.
Açılış tədbiri furşet, canlı musiqi və simvolik tort kəsimi ilə davam etdi. "Çıraq Plaza"dakı satış ofisinin müasir interyeri və rahat ab-havası tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.
“4 You Baku” yaşayış kompleksi müasir memarlıq, ağıllı ev texnologiyaları və komfortlu həyat tərzini birləşdirən, Bakı şəhərinin premium daşınmaz əmlak bazarına yeni nəfəs gətirəcək bir layihədir. Layihə haqqında ətraflı məlumat almaq və mənzil seçimləri ilə tanış olmaq üçün Çıraq Plaza, 1-ci mərtəbədə yerləşən satış ofisinə yaxınlaşa bilərsiniz.
1995-ci ildə əsası qoyulmuş “BI Group” indiyədək doqquz ölkədə layihələr həyata keçirmiş və 7 milyon kvadratmetrdən artıq yaşayış sahəsi inşa edərək, təxminən 500 min Qazaxıstan vətəndaşını mənzillə təmin etmişdir. Holdinq yaşayış, kommersiya və infrastruktur tikintisini, eləcə də sənaye layihələri və daşınmaz əmlakın idarə olunması sahələrini inkişaf etdirir. Hazırda şirkət Mərkəzi Asiya və Qafqaz ölkələrində, həmçinin ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərir.
“AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və HoReCa sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda, beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasında da mühüm töhfələr verir. Şirkət və onun layihələri haqqında daha ətraflı məlumat almaq üçün www.asgroup.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
13 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti




























