Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb
Yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri proqnozdan 3,9 faiz çox olub2025-ci ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 550 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.
Marja xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 milyard 138 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 milyard 843,3 milyon manat təşkil edərək proqnozdan 423 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 589,5 milyon manat təşkil edərək proqnozdan 2,5 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18 milyon manat təşkil edərək proqnozdan 3,7 milyon manat və ya 25,9 faiz, Dövlət Neft Fondundan transfert isə 6 milyard 33,8 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar isə 398,4 milyon manat təşkil edərək proqnozdan 297,2 milyon manat və ya 3,9 dəfə çox icra edilib.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edərək proqnoza qarşı 86,7 milyon manat və ya 25,4 faiz az icra edilib.
2025-ci ilin 5 ayı üzrə dövlət büdcəsinin xərcləri 14 milyard 195 milyon manat proqnoza qarşı 13 milyard 691,8 milyon manat, yəni 96,5 faiz icra edilib.
Büdcənin icrasında 3 milyard 446,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























