Azərbaycanın kredit təşkilatı müflis ola bilər
Yığılmış zərər "FİNOKO BOKT"ın nizamnamə kapitalını silib."FİNOKO Bank Olmayan Kredit Təşkilatı" ASC 2024-cü ili 3 milyon 173 min manat xalis zərər ilə başa vurub. Təşkilat 2023-cü ili 1 milyon 622 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "FİNOKO BOKT"ın xalis zərəri 2 dəfə artıb.
Marja.az Təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 31 dekabr 2024-cü il tarixində "FİNOKO BOKT"ın yığılmış zərəri 7 milyon 115 min manata çatıb ki, bu da təşkilatın 5 milyon 355 min manat olan nizamnamə kapitalından 1 milyon 760 min manat çoxdur (kapitalı mənfiyə düşüb).
Faiz gəlirlərinin azalması, yüksək faiz xərcləri və kredit zərərləri üzrə ehtiyatlara ayırmanın artması "FİNOKO BOKT"ın zərər etməsinə səbəb olub.
Ötən il "FİNOKO BOKT"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1,8 dəfə azalaraq 13 milyon 328 min manata geriləyib. 2023-cü ilin sonunda "FİNOKO BOKT"ın kredit portfeli 23 milyon 516 min manat təşkil etmişdi.
2024-cü ildə "FİNOKO BOKT"ın işçilərinin sayı 54 nəfər azalaraq 46 nəfərə düşüb.
"FİNOKO Bank Olmayan Kredit Təşkilatı" ASC-nin səhmdarları Əliyev Elçin (50%) və Əliyev Elmardır (50%).
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















