Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb
2025-ci ilin may ayında Azərbaycanda pul bazası 89,6 milyon manat və ya 0,7% azalıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 30.05.2025-ci il tarixində pul bazası 20 milyard 629.7 milyon manat təşkil edib.
2025-ci ilin yanvar ayında pul bazası 792,4 milyon manat və ya 3,8%, fevral ayında isə 282,1 milyon manat və ya 1,4% azalmışdı. 2025-ci ilin ilk 2 ayında pul bazasının məbləği 1 milyard manatdan çox geriləmişdi.
2025-ci ilin mart ayında Azərbaycanda pul bazası 1 milyard 656,1 milyon manat və ya 8,3% artaraq 31.03.2025-ci il tarixində 21 milyard 498.1 milyon manata çatmışdı. Apreldə isə puzı bazası 778,8 milyon manat azalaraq 20 milyard 719.3 milyon manata geriləmişdi.
Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat təşkil etmişdi.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (mln. AZN)
30.05.2025 20629.7
30.04.2025 20719.3
31.03.2025 21498.1
28.02.2025 19842.0
31.01.2025 20124.1
29.12.2024 20916.5
29.11.2024 20576.8
31.10.2024 20474.9
30.09.2024 20897.4
30.08.2024 20550.0
31.07.2024 20731.5
28.06.2024 20401.0
31.05.2024 19948.0
30.04.2024 19995.9
29.03.2024 20396.4
29.02.2024 20131.8
31.01.2024 20271.1
30.12.2023 20875.2
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
13 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 46 d. əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
1 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























