Azərbaycan fondu ərəb ölkəsinin boru kəməri layihəsinə 50 milyon dollar investisiya yatırıb
ARDNF “Lunate” şirkəti vasitəsilə “ADNOC” qaz boru kəmərləri infrastrukturuna investisiya yatırıb. Bu investisiya ARDNF-nin investisiya portfelini şaxələndirmək və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionundakı fəaliyyətini genişləndirmək strategiyasına xidmət edir. “AGPA” yüksək gəlir əldə etmək üçün əlverişli imkanlara və zəmanətli həcmlərlə təmin olunmuş sabit gəlir axınına malikdir.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon ABŞ dolları həcmində investisiya yatırıb.
Bu barədə Marja.az-a ARDNF-dən bildirilib.
Qeyd edilib ki, bu investisiya ARDNF-nin dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlar vasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraq həyata keçirilmiş və Fondun KƏŞ regionu ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlmişdir.
Sözügedən yatırım, “Lunate” şirkətinin özəl bazar investisiyaları üzrə dərin təcrübəsi və güclü əlaqələri vasitəsilə reallaşdırılıb ki, bu xüsusiyyətlər şirkətin müştəriləri üçün cəlbedici investisiyalar təqdim etməsinə imkan yaradır.
“AGPA” Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən mühüm enerji infrastrukturu obyektlərindən biridir və ölkənin enerji ekosisteminin dayanıqlı fəaliyyətində mühüm rol oynayır. “AGPA” və ADNOC arasında imzalanmış uzunmüddətli istifadə müqaviləsi qaz nəqli üçün təsbit edilmiş həcm əsasında davamlı və proqnozlaşdırıla bilən gəlir axınını təmin edir. “AGPA”, qlobal enerji bazarlarının qeyri-sabit dövrlərində belə stabil maliyyə və əməliyyat göstəricilərini qoruyub saxlamışdır. Uzunluğu 982 kilometr təşkil edən “AGPA” şəbəkəsinə 38 boru kəməri daxildir ki, onlardan 12-si satış qazına, 15-i qaz injeksiyasına, 11-i isə maye qazın daşınmasına xidmət edir.
ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov bildirib: “AGPA” uzunmüddətli perspektivdə yüksək gəlir potensialı ilə yanaşı strateji əhəmiyyətə malik yüksək keyfiyyətli infrastruktur aktividir. Biz “Lunate” şirkəti ilə əməkdaşlıqdan və Körfəz regionundakı fəaliyyətimizi daha da genişləndirən bu investisiya imkanından məmnunuq.”
“Lunate” şirkətinin Baş tərəfdaşı Nabel Qadir isə qeyd edib: “ARDNF-yə BƏƏ-nin enerji infrastrukturu üçün strateji əhəmiyyət kəsb edən ADNOC qaz kəmərlərinə investisiya imkanı təqdim etməkdən böyük məmnuniyyət hissi duyuruq. Bu yatırım “Lunate” şirkətinin müştəriləri və tərəfdaşları üçün qlobal və yerli bazarlarda fərdi yanaşma əsasında yüksək gəlir potensialına malik investisiya həlləri təqdim etmək bacarığını nümayiş etdirir.”
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivləri 60 milyard ABŞ dollarını keçən ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
“Lunate” haqqında
“Lunate” Əbu-Dabidə yerləşən qlobal alternativ investisiya şirkətidir. Şirkət dünya üzrə 200-dən çox əməkdaşa və idarəetməsində 110 milyard ABŞ dollarından artıq aktivlərə malikdir. “Lunate” özəl bazarlarda, o cümlədən alqı-satqı, artım kapitalı, vençur kapitalı, özəl kreditlər, real aktivlər, habelə kotirovka olunan səhmlər və kreditlər sahəsində investisiyalar həyata keçirir. “Lunate”, fərdi idarə olunan hesablar (SMA-lar) və çoxaktivli fondlar vasitəsilə özəl bazar həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən birinə çevrilməyi və müştəriləri üçün riskə uyğunlaşdırılmış gəlirlilik təmin etməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















