Məhsul sahibi yoxdursa, məhsul da yoxdur
Müəllif: Toğrul Xəlilov, "MPay" şirkətində Agile və Məhsul sahibi
Kimdir bu PO?
Product Owner (PO) – məhsulun sahibi, onun vizyonunu yaradan və inkişaf prosesində komandaya istiqamət verən əsas fiqurdur. O, həm biznesin, həm də istifadəçinin səsini dinləyərək, komandanın “doğru işi” etməsini təmin edir. PO olmasa, məhsul haraya getdiyini bilmədən “hərəkətdə olan bir qatar”a çevrilir.
Yönsüz məhsul – səhv yerə aparan enerji
PO yoxdursa, məhsul inkişafı qeyri-müəyyən və dağınıq olur. Komanda çox işləyir, amma istifadəçinin ehtiyacını qarşılamayan bir nəticə ortaya çıxır. Çünki ortada istifadəçi ilə empatiya quran, bazarın siqnallarını analiz edən biri yoxdur.
Daxili təxminlər, xarici uğursuzluq
PO olmayan komandalar adətən qərarları daxili fərziyyələrə əsasən verir. “Bizcə bu yaxşı olar” prinsipi ilə edilən funksiyalar reallıqda uğur qazanmır. PO isə bu fərziyyələri testə çevirərək sübut tələb edir: “Gəlin ölçək, öyrənək, sonra qərar verək.”
Təkrarlanan dəyişikliklər, israf olunan zaman
PO-nun yoxluğu, təkrarlanan dəyişikliklərin sayını artırır. Çünki ilkin mərhələdə düzgün tələblər toplanmır, düzgün prioritetlər təyin edilmir. Nəticədə, komanda geriyə dönüb işi düzəltmək məcburiyyətində qalır. Bu isə vaxt və pul itkisinə səbəb olur.
Məhsul gecikər, bazar dəyişər
PO bazarın sürətli dəyişən tələblərini izləyərək, məhsulu çevik şəkildə uyğunlaşdırır. Bu rol olmadıqda, məhsul zamanında dəyişə bilmir və rəqiblər önə keçir. Çeviklik PO-nun əsas gücüdür – həm komandanı yönəldir, həm də bazar dalğalarını düzgün oxuyur.
Yol xəritəsi yoxdur – nəticə də yoxdur
Məhsulun inkişafı bir səfər kimidir. PO isə bu səfərin bələdçisidir. Yol xəritəsi olmadan istənilən komanda səhv istiqamətə gedə bilər. PO məhsulun mərhələli planını hazırlayaraq, komandanın doğru yolda qalmasını təmin edir.
PO varsa, istiqamət də var
PO rolu sadəcə bir “pozisiya” deyil, məhsulun uğuru üçün həyati funksiyadır. PO yoxdursa, məhsul da yoldan çıxar – müştəri razı qalmaz, bazar payı itirilər, komanda isə yorular və nəticə verməz. Əgər bir təşkilatda məhsul inkişafı varsa, PO də olmalıdır. Yoxdursa, bu boşluq gec-tez hiss olunacaq. Çünki düzgün istiqamət olmadan, nə qədər çalışsan da, uğur sadəcə təsadüf ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 saat sonra
-
-
13 d. əvvəl
MSolution beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğunu yenidən təsdiqlədi
-
2 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
2 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
3 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)
.jpg)








.jpg)





