Azərbaycana smartfon idxalı azalıb
2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 82 milyon 838 min ABŞ dolları dəyərində 261 min 576 ədəd smartfon idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 27.8% və ya 72 min 772 ədəd, dəyər baxımından isə 11.6% və ya 10.8 milyon ABŞ dolları azdır. Belə ki, 2024-cü ilin ilk 4 ayı ərzində ölkəyə 93 milyon 657.5 min dollar dəyərində 334 min 348 ədəd smartfon gətirilib.Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 538.4 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 475.5 manat idi.
Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (213 min 304 ədəd), Vyetnamdan (43 min 550 ədəd), Hindistandan (4488 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 500 manata, Vyetnamdan 703 manata, Hindistandan 790 manata, Koreyadan isə 204 manata idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 114.5 min ABŞ dolları dəyərində 552 ədəd smartfon ixrac edilib. Gürcüstana (489 ədəd) və Çexiya (63 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 352.5 manat təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 9 d. əvvəl
-
19 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 24 d. əvvəl
- 38 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb






.jpg)












.jpg)







