Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!
Lider mobil operatorun sağlam və inkişafyönümlü iş mühiti yaratmaq istiqamətində göstərdiyi səylər beynəlxalq səviyyədə qiymətləndirilib(®) Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC beynəlxalq səviyyədə tanınan “Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatını qazanıb.
Korporativ mədəniyyət və sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu nüfuzlu sertifikat yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim olunur. Sorğunun nəticələrinə əsasən, Azercell əməkdaşlarının 80%-dən çoxu şirkəti işləmək üçün ideal mühit kimi dəyərləndirib. Bu göstərici şirkətin işçi məmnuniyyəti və təşkilati mədəniyyətin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətinin göstəricisidir.
“Azərbaycanın mobil rabitə bazarının lideri olaraq Azercell, ölkənin rəqəmsal ekosisteminin inkişafında mühüm rol oynayır. Bu vacib missiyanı reallaşdırmaq üçün innovativ düşüncəyə sahib, peşəkar və işinə sadiq komanda qurmaq bizim üçün vacibdir. Məhz belə kadrlar innovasiyaları gerçəkləşdirir, yüksək xidmət keyfiyyətini təmin edir və dayanıqlı inkişafla yanaşı, korporativ məsuliyyət prinsiplərinə də sadiq qalırlar,”– deyə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bildirib. “Etibarlı, insanlara dəyər verən və onları dəstəkləyən, həmçinin inkişafı üçün imkan yaradan iş mühiti uğurumuzun əsasını təşkil edir. Great Place to Work® sertifikatı illər ərzində formalaşdırılan unikal korporativ mədəniyyətimizə verilən dəyərin və Azercell komandasının peşəkarlığının bir göstəricisidir.”
Azercell-in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin direktoru Dilarə Hüseynova bildirib ki, əməkdaşların inkişafına yönəlik investisiyalar şirkət üçün prioritet olaraq qalır: “İnanırıq ki, əməkdaşa yönələn hər bir yatırım əslində şirkətin gələcəyinə qoyulan strateji sərmayədir. Təkcə 2024-cü ildə 640-dan çox təlim proqramı təşkil etmişik. Bu təşəbbüslər “IE Business School”, “Franklin Covey”, “Cornell University” kimi nüfuzlu beynəlxalq institutlarla əməkdaşlıq çərçivəsində təşkil olunub. Bundan əlavə, GSMA ilə birlikdə həyata keçirdiyimiz “İnsan Kapitalının İnkişafı Proqramı” beynəlxalq təcrübələrin şirkətimizdə tətbiqi baxımından əhəmiyyətli addım oldu. Əməkdaşlarımızın fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədilə liderlik təşəbbüsləri, beynəlxalq mübadilə proqramları və funksiyalararası əməkdaşlıq imkanları yaradırıq".
Komanda ruhu, inklüziv mədəniyyət və davamlı inkişaf prinsiplərinə xüsusi önəm verən Azercell, Azərbaycanın ən arzuolunan işəgötürənlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir və innovasiya ilə yanaşı əməliyyat mükəmməlliyini təşviq edən iş mühiti formalaşdırmağa davam edir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























