“Cahan Holdinq”in prezidentinə mükafat təqdim edilib
“Cahan Holdinq” şirkəti “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqəsinin qalibi seçilib.
Mükafat bu gün Gülüstan sarayında keçirilən “Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi” ilə əlaqədar keçirilən konfransda təntənəli şəkildə “Cahan Holdinq”in prezidenti Vüqar Abbasova təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkil etdiyi Konfransda rəsmi dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar və əmək münasibətləri üzrə beynəlxalq və yerli ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində çıxış edən natiqlər ölkədə əmək təhlükəsizliyinin və sosial dialoqun inkişafına dair görülən işləri yüksək qiymətləndiriblər.
"Bu mükafatlar bizim üçün təkcə fəxarət deyil, həm də daha böyük məsuliyyətdir. Əməkdaşlarımız üçün sağlam, təhlükəsiz və ədalətli əmək mühiti yaratmaq bizim başlıca məqsədimizdir” – deyə, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov bildirib.
Bir neçə minədək əməkdaşın çalışdığı “Cahan Holdinq”, əmək münasibətlərində sosial tərəfdaşlığa, şəffaf idarəetməyə və beynəlxalq standartlara əsaslanan yanaşması ilə fərqlənir. Şirkət ISO 9001 beynəlxalq standartına uyğun nizam intizamlı iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunmasında nümunəvi fəaliyyəti ilə tanınır.
Xüsusilə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması və sosial müdafiəsinin təminində “Cahan Holdinq”in rolu böyükdür. Şirkət bölgədə həm iqtisadi, həm də sosial sabitliyin qorunmasına töhfə verir.
Tərkibində10 şirkəti birləşdirən “Cahan Holdinq” müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Avtomobil biznesi və texniki xidmət, tütün və çay məhsullarının istehsalı, tikinti materialları və istilik sistemləri, ticarət, turizm və tikinti kimi sahələrdə mühüm irəliləyişlərə nail olan holdinq, eyni zamanda dünyaca tanınmış bir sıra brendlərin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Qeyd edək ki, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov təkcə biznes sahəsində deyil, ictimai sahədə də aktiv fəaliyyəti ilə seçilir. Hazırda o, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri və Azərbaycan Respublikası Sahibkarlar və İşəgötürənlər Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat sonra
-
-
7 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
11 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
14 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























