AMFA 3 təşkilatı xüsusi nominasiyalar üzrə mükafatlandırıb - ADLARI
2025-ci il aprelin 18-də Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 17-ci İllik Təltif Şam Ziyafəti baş tutduub.
AMFA-nın yaydığı məlumatda bildirilir ki, yüksək səviyyədə təşkil olunmuş tədbirdə dövlət qurumlarının, xarici səfirliklərin, bank və bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin, biznes assosiasiyalarının, həmçinin yerli və beynəlxalq mikromaliyyə qurumlarının rəhbərləri daxil olmaqla ümumilikdə 108 nümayəndə iştirak edib.
Ziyafət Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank ASC-nın eksklüziv, fəal üzv bank olmayan kredit təşkilatları “Prior”, “Monetri”, “AqrarKredit” QSC, “PARABOKT” ASC, “Avrasiya-Kredit”, ölkənin tanınmış sığorta şirkətləri “Mega Sığorta” ASC, “Mega Həyat” ASC, innovativ maliyyə texnologiyaları üzrə ixtisaslaşmış “ Fimple ” şirkətinin gümüş tərəfdaşlığı ilə həyata keçirilib.
Tədbirin rəsmi hissəsində AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev Assosiasiyanın mikromaliyyə sektorunun inkişafına verdiyi töhfələri vurğuladı. AMFA-nın İcraçı direktoru Jalə Hacıyeva çıxışı zamanı Assosiasiyanın son illərdəki fəaliyyətinə – sektorun transformasiyası, rəqəmsallaşma və regional layihələrin təşviqi sahəsində atılmış mühüm addımlara diqqət çəkdi.
Çıxış edən qonaqlar sırasında Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Olmayan Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru Xəyyam İsmayılov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, PAŞA Bank ASC-nin Maliyyə İnstitutları şöbəsinin baş müştəri təmsilçisi Əzim Qarayev, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Qanunvericiliyin Monitorinqi və Sahibkarlıq Subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov AMFA ilə əməkdaşlığın əhəmiyyətini və sektorun davamlı inkişaf perspektivlərini iştirakçılarla bölüşüblər.
Tədbirin əsas məqsədi maliyyə institutları və tərəfdaş təşkilatlar arasında əməkdaşlığı gücləndirmək, sektor üzrə qabaqcıl təcrübələrin paylaşılmasını təşviq etmək və nümunəvi fəaliyyət göstərən üzv təşkilatları təltif etməklə səmərəli fəaliyyətlərini dəstəkləmək idi.
AMFA-nın Mükafat Komitəsinin qərarı ilə aşağıdakı təşkilatlar xüsusi nominasiyalar üzrə mükafatlandırılıb:
1. “Mikromaliyyə sektorunda çirkli pulların yuyulmasına qarşı effektiv mexanizmə malik təşkilat” nominasiyası üzrə – “City Finance” MMC
2. “Müştərilərə rəqəmsal maliyyə xidmətlərinin göstərilməsində lider mikromaliyyə təşkilatı” nominasiyası üzrə – “FINCA Azerbaijan” MM QBKT
3. “İlin innovativ məhsulunu təqdim edən qabaqcıl mikromaliyyə təşkilatı” nominasiyası üzrə – “EmbaFinance” QSC
Ziyafət çərçivəsində iştirakçılar arasında dünyagörüşü mövzusunda viktorina təşkil olunub.
Qaliblərə AMFA-nın növbəti tədbiri – “İşə qayıdış” piknikinə xüsusi dəvətnamələr və kitab-hədiyyə kuponları təqdim edildi. Tədbirdə, iştirakçılarla xatirə fotosu çəkilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























