Mərkəzi Bankda yeni təyinat
Əfqan Abbasov Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru vəzifəsinə təyin olunub.
Əfqan Abbasov Bakı Mühəndislik Universitetinin Maliyyə və Kredit üzrə bakalavr təhsilini, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə üzrə magistr təhsilini fərqlənmə ilə bitirib. Bakı Mühəndislik Universitetində İqtisadiyyat üzrə fəlsəfə doktorluğuna başlamış və Nağdsız ödənişlərin qeyri neft sektoruna təsiri üzrə araşdırmasını İtaliyada davam etdirib.
Əmək fəaliyyətinə “DəmirBank”da başlayıb, Plastik Kartlar Departamentində menecer vəzifəsində, ATB Bank-da Ödəniş Kartları Departamentinin direktor müavini və ABB Bank-da isə Pərakəndə Kart sahəsinin lideri vəzifəsində çalışmışdır.
Rəqəmsal ödənişlər ekosisteminin inkişaf etdirilməsi, yeni məhsulların yaradılması, rəqəmsal müştəri təcrübələrinin inkişaf etdirilməsi, Agile idarəetmə, prosessiniq mərkəzinin qurulması iş fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Ölkəmizdə ilk dəfə tətbiq edilən Apple Pay, Google Pay, SİMA ilə tam rəqəmsal kart sifarişləri, ATM-lərdə NFC ödənişlərin qəbulu, Dəmir yollarında təmassız ödənişlərin qəbulu və ATM-lərdə Ani Ödənişlər Sisteminin tətbiqi kimi bir çox layihələrə rəhbərlik etmişdir. Həmçinin in-house Prosessinq mərkəzinin yaradılması, Tam rəqəmsal Tam Digi kart, co-brand AZAL miles, ATM-lərdə WEB həllin tətbiqi, Alpha kart, Tam Eko kart, Sea Breeze co-brand kart məhsul və xidmətləri fəaliyyəti dövründə təmin edilib.
Əfqan Abbasov, İnformatika fənn olimpiadalarında 2005, 2006-ci illərdə respublika 1-cisi olaraq qızıl medala layiq görülmüş, dünya fənn olimpiadasında Azərbaycanı təmsil etmişdir. ACM ICPC proqramlaşdırma olimpiadasında 2007, 2008-ci illərdə fərdi və komanda halında Respublika 1-cisi olaraq region ölkələr arası turnirdə 3-cü dərəcə əldə etmişdir. 2015-ci ildə Visa Beynəlxalq Ödəniş sistemi tərəfindən təşkil edilmiş Visa Global Challange-da 35 ölkədən 132 bank arasında komanda halında ilk 10-a daxil olublar.
© "Banker"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)








