AccessBank 3 nominasiya üzrə qalib oldu!
(®) Azərbaycanın maliyyə sektorunun fəal iştirakçılarından biri olan AccessBank, növbəti dəfə bank sektorundakı mövqeyini və əhəmiyyətini təsdiqləyib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bankçılıq Mükafatları – 2024” tədbirində bank üç nüfuzlu nominasiyada qalib adını qazanıb.
AccessBank fəaliyyət göstərdiyi müddət ərzində müştərilərə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməklə yanaşı, korporativ sosial məsuliyyət (KSM), maliyyə savadlılığının artırılması və maliyyə əlçatanlığının artırılması sahəsində də fəallığı ilə seçilib. Bu istiqamətdə həyata keçirilən davamlı təşəbbüslər nəticəsində bank aşağıdakı nominasiyalar üzrə mükafatlandırılıb:
- Korporativ Sosial Məsuliyyət
- Maliyyə Savadlığı Dəstəkçisi
Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması sahəsində tədbirlər həyata keçirən ABA üzvü
Bu nailiyyətlər AccessBank komandasının sosial məsuliyyətə sadiqliyi və maliyyə inklüzivliyinin artırılması sahəsində atdığı uğurlu addımların nəticəsidir. AccessBank olaraq, gələcəkdə də cəmiyyətin inkişafına töhfə verən layihələrə və müştəriyönümlü fəaliyyətlərə davam etmək əzmindəyik.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















