“Turanbank”ın xalis mənfəəti 11 dəfəyə yaxın artıb
Gəlir
“Turanbank” ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 1 milyon 216 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 112 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Turanbank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 104 min manat və ya 11 dəfəyə yaxın artıb.
GƏLİRƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 181 min manat və ya 12,6% artaraq 28 milyon 431 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 104 min manat azalaraq 21 milyon 555 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB
Cəmi gəlirlərin artması ilə paralel cəmi xərclərin azalması "Turanbank"ın əməliyyat mənfəətinin 3 milyon 285 min manat artmasını təmin edib. "Turanbank"ın əməliyyat mənfəəti 2024-cü ilin 1-ci rübündə 3 milyon 591 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 6 milyon 876 min manat təşkil edib. İlk rübdə Bank əməliyyat mənfəətindən 5 milyon 659 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (ötən ilin 1-ci rübündə 3 milyon 479 min manat ayırmışdı).
İlk rübdə "Turanbank"ın həm faiz, həm də qeyri-faiz gəlirləri artıb, faiz xərcləri isə azalıb.
BANK BÖYÜMƏKDƏ DAVAM EDİB
Ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "Turanbank"ın cəmi aktivləri 25 milyon 642 min manat və ya 3% artaraq 31 mart 2025-ci il tarixində 875 milyon 469 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15 milyon 115 min manat və ya 2,3% artaraq 666 milyon 946 min manata çatıb. "Turanbank"ın istehlak kreditləri portfeli 11 milyon 822 min manat artaraq 168 milyon 127 min manata, biznes kreditləri portfeli 207 min manat artaraq 366 milyon 271 min manata, ipoteka kreditləri portfeli 3 milyon 87 min manat artaraq 132 milyon 549 min manata yüksəlib.
"Turanbank"da fiziki şəxslərin depozitləri 1 milyon 702 min manat artaraq 368 milyon 555 min manata yüksəlib.
31 mart 2025-ci il tarixində "Turanbank" 120 milyon 178 min manat məcmu kapitala malik olub. Bu, Mərkəzi Bankın minimal tələb məbləğindən (50 milyon manat) 2,4 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
18 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
