“Maersk” Orta Dəhlizdə multimodal həllərin genişləndirilməsini nəzərdən keçirir
Danimarkanın dəniz nəqliyyatı ilə yükdaşımalar və liman terminallarına xidmət üzrə ixtisaslaşmış “Maersk” şirkəti Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) təchizat zəncirlərinin çevikliyini artırmaq üçün multimodal həllərin genişləndirilməsi imkanlarını araşdırır.
Bunu müsahibəsində “Maersk”in Mərkəzi Asiya və Qafqazda Biznesin inkişafı şöbəsinin rəhbəri İrakli Daneliya bildirib.
Onun sözlərinə görə, şirkət bu marşrutu nəqliyyat axınlarının şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlığının artırılmasında strateji əhəmiyyətli element kimi nəzərdən keçirir.
"Ticarətin dəyişən dinamikası və geosiyasi qeyri-müəyyənlik şəraitində Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirərək ənənəvi marşrutlara alternativ olur. O, yüklərin sürətli çatdırılması və əsas bazarlarda logistika əlaqəsinin yaxşılaşdırılması üçün potensiala malikdir", - İ.Daneliya qeyd edib.
O vurğulayıb ki, “Maersk” Orta Dəhlizi yolda sərf edilən vaxt və tranzitin proqnozlaşdırılması mümkünlüyü, marşrutun etibarlılığı və tariflərin sabitliyi, infrastrukturun - dəmir yolu bağlantıları, limanlar, terminalların inkişafı, gömrük və sərhəd prosedurları, rəqəmsallaşma və real vaxt rejimində izləmə sistemlərinin əlçatanlığı kimi əsas parametrləri nəzərə alaraq qiymətləndirir.
"Yükgöndərənləri cəlb etmək üçün marşrut proqnozlaşdırıla bilən və səmərəli çatdırılma qrafiklərini, rəqabətqabiliyyətli tarifləri və sərhədlərdə gecikmələrin minimum səviyyədə olmasını təmin etməlidir. Bununla əlaqədar əsas nöqtələrdə infrastrukturun inkişafı, həmçinin dəhlizə qoşulan ölkələr arasında gücləndirilmiş koordinasiya (real vaxt rejimində izləmə sistemləri və məlumat mübadiləsi mexanizmləri vasitəsilə) zəruridir", - şöbə rəhbəri vurğulayıb.
O, əsas çağırışlar arasında qeyri-sabit tranzit vaxtını, infrastrukturla bağlı darboğazları və operatorlar arasında daha nizamlı koordinasiyanın vacibliyini qeyd edib.
İ.Daneliya Azərbaycanın marşrutda tranzit qovşağı kimi mühüm rolunu vurğulayıb. “Maersk” logistikanın şəffaflığını və səmərəliliyini artırmaq üçün yerli nəqliyyat və logistika operatorları ilə əməkdaşlıq edərək, Poti dəniz limanı vasitəsilə Azərbaycandan/Azərbaycana dünyanın digər regionlarına transsərhəd daşımaları fəal şəkildə inkişaf etdirir.
"Hazırda şirkət sərhəd prosedurlarının optimallaşdırılması, dəmir yolu daşımaları üçün hərəkət tərkibinin artırılması, yüklərin izlənilməsi üçün rəqəmsal həllərin tətbiqi, dəmir yolu, avtomobil və dəniz nəqliyyatının kombinasiyasından ibarət multimodal daşımaların inkişafı ilə bağlı regional tərəfdaşlarla əməkdaşlıq edərək dəhlizin səmərəliliyini artırmağa çalışır", - İ.Daneliya bildirib.
Onun fikrincə, multimodal həllərin genişləndirilməsi təchizat zəncirlərinin çevikliyini artıracaq ki, bu da operativ çatdırılmanın tələb olunduğu bazarlar üçün xüsusilə vacibdir.
“Maersk” marşrutun şəffaflığını və səmərəliliyini artırmaq üçün rəqəmsal alətləri fəal şəkildə tətbiq edir. O, əsas təşəbbüslər arasında marşrutların optimallaşdırılması üçün real vaxt rejimində izləmə sistemlərini, sənədləşmənin rəqəmsallaşdırılmasını, proqnozlaşdırıcı analitikanın istifadəsini qeyd edib.
"Rəqəmsal texnologiyalar bütün dəhliz boyunca əməliyyat səmərəliliyinin artırılmasında və müştəri təcrübəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır", - İ.Daneliya sonda qeyd edib.
Xatırladaq ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ildə Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyini artırmaq üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.
2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2027-ci ilə qədər marşrutun ötürmə qabiliyyəti 10 milyon tona qədər artırıla bilər.
2025-ci ildə 5,2 milyon ton yükün daşınması proqnozlaşdırılır ki, bunun da 4,2 milyon tonu TBNM-ə üzv ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonunu quru yüklər (96 min TEU), 1,7 milyon tonunu isə neft təşkil edəcək.
© “Report”
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
7 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
























