Bu yaz şans sizin tərəfinizdə olsun! - PAŞA Sığortadan yeni lotereya
Hər 99 AZN sığorta haqqı ödəyən müştəri lotereyada 1 iştirak şansı qazanır!(®) Müştəriləri üçün tez-tez müxtəlif fürsətlər yaradan PAŞA Sığorta “Yazın Şanslı Sığortası” lotereyasına elan edib. KASKO sığortası əldə edən müştərilər üçün keçirilən və 14 mart - 15 may tarixlərini əhatə edən lotereyanın əsas uduşu Hyundai Elantra 2024 avtomobilidir.
Bundan əlavə, lotereya çərçivəsində müxtəlif dəyərli hədiyyələr oynanılır:
- 3 ədəd elektron əşyalar mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu;
- 3 ədəd 1000 AZN dəyərində səyahət vauçeri;
- 3 ədəd Apple iPhone 16 Pro Max;
- 2 ədəd MacBook Air 13.6.
Ümumilikdə, 12 nəfər qalib müxtəlif hədiyyələr qazanacaq.
Qeyd edək ki, lotereya PAŞA Sığortadan avtomobillərin könüllü sığortası (KASKO), məhsullarını əldə edən və müəyyən məbləğdə sığorta haqqı ödəyən müştəriləri üçün (hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulub. Hər 99 AZN sığorta haqqı ödəyən müştəri lotereyada 1 iştirak şansı qazanır. Məsələn, 600 AZN sığorta haqqı ödəyərək, könüllü avtomobil sığortası məhsullarından birini əldə edən müştəri lotereyada iştirak üçün 6 şans əldə edəcək.
Qaliblər 27 may tarixində 1 tirajla keçiriləcək canlı yayımda təsadüfi seçim yolu ilə seçiləcək və elan ediləcək.
Lotereya şərtləri barədə ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz: https://cutt.ly/sertler
PAŞA Sığorta ilə həm sığortalanın, həm də möhtəşəm hədiyyələr qazanmaq fürsətini qaçırmayın!
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






