Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
(®) Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə “Qadın Liderləri Zirvəsi”nin həyata keçirilməsinə dəstək oldu.
“Facemark” və “İNCİ - İşgüzar Xanımların Ünsiyyət Klubu”nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Fərqlərin bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın lider, eləcə də bu yolda hədəfləri olan qadın bir araya gəldi. İştirakçılar panel müzakirələrdə dövlət və özəl sektorda çalışan lider xanımları dinləyib, müzakirələrdə aktiv iştirak etdilər.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədovanın moderator olduğu ilk panel “Lider qadın, yoxsa qadın lider” mövzusuna həsr olundu. Paneldə spiker qismində İnsan resursları sahəsində geniş təcrübəyə malik, “GDG Professionals” şirkətinin təsisçi direktoru, biznes və həyat kouçu Gülzar Quliyeva, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, “Dərs Evi - İnnovativ Təhsil Mərkəzi”nin Baş direktoru Nigar Baimova, Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı, “Erickson Coaching International” şirkətinin İdarə Heyətinin üzvü Zerrin Başer kimi öz sahəsində lider mövqedə olan xanımlar təcrübələrini bölüşdülər.
İştirakçıların da mütəmadi fikir bildirdikləri, interaktiv keçən geniş müzakirənin ardından Fərqanə Məmmədova panelin yekun rəyini səsləndirdi. “Liderlik cinsiyyətlə deyil, şəxsi keyfiyyətlər, bacarıqlar, davamlı inkişaf və özgüvənlə əlaqəlidir. Hər bir lider, insanları ilhamlandırma, düzgün qərar qəbuletmə və dəyişikliklərin idarə edilməsi qabiliyyəti ilə önə çıxır. Effektiv liderlər, yalnız özlərini deyil, eyni zamanda komandalarını da irəliləməyə və inkişaf etməyə təşviq edirlər. Çünki liderliyə gedən yol kiçik, amma əmin addımlarla başlayır və insan öz üzərində çalışmaqla, özünü inkişaf etdirməklə istədiyi pilləyə çata bilir. Dəyişikliklər ideya ilə deyil, hərəkətlə başlayır”.
Daha sonra tədbir “İnnovasiya və Strateji Yanaşmalar” və “Rəqəmsal Trendlər Dövründə Qadınlar” mövzularının müzakirəsi ilə davam etdi. Ümumilikdə 3 moderator 14 spiker təcrübə və biliklərini iştirakçılarla paylaşdı. Onların məqsədi iştirakçılara liderlik yolunda innovativ yanaşmalar təqdim edərək qadınların işgüzar bacarıqlarını daha da inkişaf etdirmək oldu.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























