Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı ötən gün dərc olunan qərarı fonunda avro dollar və funt sterlinq qarşısında artım tendensiyasını davam etdirib və son bir neçə ayın maksimum səviyyələrinə qədər bahalaşıb.
Belə ki, EUR/USD cütlüyü ötən ilin noyabr ayında bəri ilk dəfə 1.08520 həddinə qədər yüksəlib. EUR/GBP valyuta cütlüyü isə 0.84100 səviyyəsini test etməklə cari ilin yanvar ayından bəri ən yüksək səviyyəsinə qədər bahalaşıb. Həmçinin, dollar “güvənli liman” aləti kimi qəbul olunmuş isveçrə frankı qarşısında ucuzlaşmağa davam edib. USD/CHF cütlüyü bugün səhər 0.88140 həddinə qədər geriləyib.
Dolların təzyiq altında qalması fonunda qızılın dəyəri 2891$-2930$ aralığında dalğalanmaya davam edir. Hazırda qiymətli metal 2910$-a ticarət olunur. Neft qiymətlərinin eniş tendensiyası da davam edir. “Brent” markalı neftin bir barrel üçün qiyməti beynəlxalq birjalarda 69.80$ səviyyəsinqə qərarlaşıb. Eləcə də, “SP500” indeksi dünən 2024-cü ilin noyabr ayından bəri ilk dəfə 5710 bənd səviyyəsinə qədər geriləyib.
ECB mart ayında keçirilən iclasın nəticələrinə əsasən, uçot faiz dərəcəsini 25 baza bəndi azaldıb. Göstərici 2.90% səviyyəsindən 2.65% səviyyəsinə qədər endirilib. Eyni zamanda, mərkəzi bankın rəhbərliyi inflyasiyanın azalma prosesinin plan üzrə getdiyini və inflyasiya dinamikasının əsasən bankın proqnozlarına uyğun gəldiyini vurğulayıb. Həmçinin, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) cümə axşamı uçot faiz dərəcəsini 2.5% faiz azaldaraq 45%-dən 42.5%-ə qədər endirdi.
ABŞ-ın Ticarət Nazirliyinin ötən gün verdiyi məlumatlara əsasən, ölkənin Ticarət Saldosunun kəsiri aylıq ifadədə 2025-ci ilin yanvar ayında 34% artaraq 131.4 milyard dollar olub. Yanvar ayında ABŞ-ın ixracı 3.3 milyard dollar (+1.2%) artaraq 269.8 milyard dollara çatıb, idxalı isə 36.6 milyard dollar (+10%) artaraq rekord səviyyəyə - 401.2 milyard dollara qədər yüksəlib. Ölkədə Əmək Məhsuldarlığı 2024-cü ilin dördüncü rübündə əvvəlki rüb ilə müqayisədə 1.5% artıb, işçi qüvvəsinin dəyəri isə 2.2% yüksəlib.
Əlavə olaraq, ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı ötən həftə 21 min azalaraq 221 minə qədər enib. Əvvəlki həftə üzrə göstərici 242 min təşkil etmişdir ki, bu da ötən ilin dekabr ayından bəri ən yüksək səviyyədir. Son dörd həftə ərzində müraciətlərin ortalama sayı 224.25 minə qədər yüksəlib.
Bugün investorların diqqət mərkəzində ABŞ-da dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) olacaq. Analitiklərin proqnozlarına əsasən, göstərici əvvəlki ay ilə müqayisədə fevral ayında 143 mindən 159 minə qədər yüksəlib. Həmçinin, Almaniyada açıqlanacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi, Avrozonada dərc olunacaq ÜDM və ABŞ-da açıqlanacaq İşsizlik Səviyyəsi, Orta Saatlıq Əmək Haqqı və Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Bakı vaxtı ilə saat 22:30-da isə ABŞ prezidenti Donald Trampın çıxışı baş tutacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
4 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
7 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)















