"Asan İmza"dakı problem ilə bağlı açıqlama - "Qurumlar aradan qaldırılması ilə məşğuldurlar"
Artıq bir neçə gündür ki, “Asan imza” sistemi ilə bağlı problemlər yaranıb. Bu problemlə əlaqədar bankların, Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə etmək mümkün deyil.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, "Asan İmza"da yaranmış çətinliklər Dövlət Vergi Xidməti ilə bağlı deyil. Adiyyəti qurumlar bəzi abunələrdə yaranmış çətinliklərin aradan qaldırılması ilə məşğuldur.
Qeyd edək ki, Asan İmza (Mobil imza) - Dövlət Vergi Xidməti və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. ASAN İmza (Mobil İD) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. ASAN İmza bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir və əslində, elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM-kartınızdır. ASAN İmza ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 13 d. əvvəl
-
48 d. əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb

























