“PAŞA Bank”dan rəqəmsal biznes kreditləri üzrə Novruz kampaniyası
(®) Müştəri təcrübəsinin təkmilləşdirilməsini daim hədəfləyən “PAŞA Bank” maliyyə əlçatanlığının artırılması istiqamətində yeni addımlar atmağa davam edir.
Belə ki, Bank Novruz bayramı münasibətilə keçirdiyi bayram kampaniyası çərçivəsində kiçik və orta biznes sahiblərinə (KOS) daha sərfəli kredit imkanları təqdim edir.
20 mart 2025-ci il tarixinə qədər, Bank KOS müştərilərinə onlayn biznes kreditinin komissiyasında 25% endirim təklif edir. Bu endirimlə, müştərilər kampaniya dövrü ərzində yalnız 0.75% komissiya ilə kredit əldə edə bilərlər. Qeyd edək ki, onlayn biznes kredit müraciətinə 15 dəqiqə ərzində cavab verilir və təsdiq olunduqda, vəsait 2 saat ərzində sahibkarın hesabına köçürülür.
29 mart 2025-ci il tarixinə qədər isə biznes sahibləri həmçinin faktorinq krediti üzrə limitə müraciət etdikdə ya 0% komissiya, ya da illik faiz dərəcəsində 0.5% endirim (10.5%-dən başlayaraq) qazanırlar.
Qeyd edilən bütün imkanlardan yararlanmaq üçün linkə keçid edin.
“PAŞA Bank”ın təqdim etdiyi bütün kredit məhsulları rəqəmsaldır və KOS müştəriləri, fiziki sənəd təqdim etmədən, Bankın filiallarına getmədən tamamilə onlayn şəkildə müraciət edə bilərlər. Bu rahat və sürətli proses sahibkarlara bizneslərini daha çevik və effektiv şəkildə idarə etməyə imkan verir.
Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “İnternational Investor” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 17 d. əvvəl
- 26 d. əvvəl
-
-
31 d. əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
36 d. əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
37 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
2 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
























