Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da proqnozların üzərində dərc olunan inflyasiya göstəriciləri fonunda dollar avro və funt sterlinq qarşısında kəskin bahalaşdı.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.04880 səviyyəsindən 1.03800 səviyyəsinə qədər geriləyib, GBP/USD cütlüyü isə eyni dövr ərzində 1.26870 səviyyəsindən 1.25800 səviyyəsinədək ucuzlaşıb.
Dolların güclənməsi qızılın qiyməti mənfi təsir edib. Dəyərli metal bugün səhər 2857$ həddini aşağıya doğru test edib. Neftin qiymətində keçən həftə başlayan eniş tendensiyası səngiyib və “Brent” markalı neftin bir barrel üçün dəyəri 74$-a qədər yüksəlib.
ABŞ-ın Ticarət Departamentinin təqdim etdiyi yenilənmiş məlumatlara əsasən, ölkə iqtisadiyyatı 2024-cü ilin dördüncü rübündə illik ifadədə 2.3% böyüyüb. Beləliklə, iqtisadi artım tempinin proqnozu daha əvvəl açıqlanan səviyyədə dəyişməz olaraq qalıb. Amerika iqtisadiyyatının üçdə ikisini təşkil edən istehlak xərcləri oktyabr-dekabr aylarında 4.2% (düzəliş edilməmiş) artıb ki, bu da 2023-cü ilin birinci rübündən bəri ən böyük artımdır.
Eləcə də, dördüncü rübdə ixrac 0.5%, idxal 1.2% azalıb, şəxsi xərclərin qiymət indeksi (PCE) isə əvvəlki üç ayla müqayisədə 2.4% artıb. Federal Ehtiyatlar Sisteminin inflyasiya risklərini qiymətləndirərkən yaxından izlədiyi (PCE Core) indeksi (ərzaq və enerji istisna olmaqla şəxsi xərclərdəki dəyişiklik) 2.5%-dən 2.7%-ə qədər artıb. Dördüncü rüb üçün yekun məlumatın martın 27-də açıqlanması planlaşdırılır.
ABŞ-da Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi yanvar ayında 3.1% artıb. Müqaisə üçün qeyd edək ki, dekabr ayında göstərici 1.8% azalmışdı. Həmçinin, işsizlik müavinəti üçün müraciət edənlərin sayı 242 min nəfərə qədər artıb, ölkənin Təkrar Mənzil Bazarında Tamamlanmamış Satış Əməliyyatların İndeksi isə -4.6% təşkil edib.
Bugün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Əlavə olaraq, Almaniyada açıqlanacaq İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Kanadada dərc olunacaq ÜDM və ABŞ-da açıqlanacaq Ticarət Saldosu və Şəxsi Xərclərin Qiymət İndeksi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 20 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























