Tramp Chevron-un Venesueladakı neft lisenziyasını ləğv edib
ABŞ Prezidenti Donald Tramp Chevron-un Venesuelada neft hasilatı və satışı üçün əvvəlki administrasiya tərəfindən verilmiş lisenziyasını ləğv etdiyini açıqlayıb.ABŞ prezidenti Donald Tramp ABŞ-ın enerji şirkəti Chevron-un Venesuelada neft hasilatı və satışı ilə bağlı lisenziyasını ləğv etmək qərarına gəlib.
Marja xəbər verir ki, 2022-ci ilin noyabrında Co Bayden administrasiyası tərəfindən verilən bu lisenziya ABŞ sanksiyaları səbəbindən çətin vəziyyətdə olan Venesuela iqtisadiyyatına əhəmiyyətli maliyyə dəstəyi verirdi.
Qərarın 2025-ci il martın 1-də qüvvəyə minməsi nəzərdə tutulur. Tramp Venesuela Prezidenti Nikolas Maduronun seçki islahatlarını aparmamasını və ABŞ-dakı venesuelalı mühacirlərin geri qayıtmasını sürətləndirməməsini bu qərara əsaslandırma kimi göstərib.
Chevron-a lisenziya verilməsi Venesuelaya neft hasilatını artırmağa kömək edib və Maduro hökuməti üçün maliyyə resursu təmin edib. Şirkət Venesuelada gündə təxminən 240 min barel neft hasil edir ki, bu da ölkənin ümumi istehsalının təxminən 25 faizini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























