Yanvarda Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfəyə yaxın artıb
2025-ci ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Çindən - 2,2 dəfə, Tacikistandan - 2,1 dəfə, İspaniyadan - 1,9 dəfə, Hindistandan - 1,7 dəfə, İordaniyadan - 1,7 dəfə artıb.Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 152 ölkəsindən 172,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 24,0 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 9,9 faizi Hindistan, 8,7 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 3,2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 3,1 faizi Pakistan, 2,2 faizi Küveyt, hər birindən 1,7 faiz olmaqla Türkmənistan və Özbəkistan, 1,5 faizi Çin, 1,4 faizi Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 10,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 71,9 faizini kişilər, 28,1 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Çindən - 2,2 dəfə, Tacikistandan - 2,1 dəfə, İspaniyadan - 1,9 dəfə, Hindistandan - 1,7 dəfə, İordaniyadan - 1,7 dəfə, Misirdən - 42,9 faiz, Niderlanddan - 30,4 faiz, Qırğızıstandan - 27,2 faiz, Pakistandan - 25,6 faiz, ABŞ-dan - 23,7 faiz, Yəməndən - 21,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 20,4 faiz, Türkmənistandan - 16,7 faiz, Qazaxıstandan - 15,5 faiz, Fransadan - 13,9 faiz, İtaliyadan - 11,7 faiz artmışdır.
2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 faiz artaraq 5,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 faiz azalaraq 58,4 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 17,3 faiz artaraq 75,9 min nəfər təşkil etmişdir.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 26,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 4,3 faiz artaraq 154,1 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,5 faiz, Gürcüstana gedənlərin sayı 15,1 faiz, Türkiyəyə gedənlərin sayı 2,9 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,3 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 15,4 faizi Rusiya Federasiyasına, 11,7 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























