Naxçıvanda 5 hektar sahədə binalar tikiləcək, mənzillər bazar qiymətindən aşağı satılacaq
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasında yaşayış kompleksinin tikintinə başlamağa hazırlaşır . Kompleks Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 5 hektar torpaq sahəsində inşa ediləcək.
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) tabe olan "MİDA" MMC "Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması" üçün tender elan edib.
Marja.az xəbər verir ki, layihənin hazırlanmasının 619 min 514 manata başa gələcəyi ehtimal olunur.
Yekun qiymət tender üzrə şirkət seçildikdən sonra məlum olacaq.
"Güzəştli mənzil" dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzillər nəzərdə tutulur.
Belə mənzili əldə etdikdə vətəndaş iki əsas güzəştdən yararlana bilər:
1) Güzəştli mənzilin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin bazar qiymətindən aşağıdır.
2) Vətəndaş mənzili Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına əldə etmək imkanına malikdir.
Eyni zamanda, mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə müəyyən edilmişdir. Həmin kateqoriyalar ilə BU KEÇİD vasitəsilə tanış olmaq mümkündür.
Güzəştli şərtlərlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətləri elektron qaydada “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qəbul olunur. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza (“Elektron İmza” və ya “Asan İmza”) vasitəsilə mümkündür. Elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini, “Elektron hökumət” portalı vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. Sistemdən istifadə ilə bağlı ətraflı video təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə BU KEÇİD vasitəsilə tanış olmaq mümkündür.
Bununla belə, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərlərində yerləşən "ASAN xidmət" mərkəzində də müvafiq xidmət göstərilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
