Bank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb
Bank Respublika Bakı Ali Neft Məktəbi ilə - ƏMƏKDAŞLIĞA BAŞLADIÖlkəmizdə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Bank Respublika və respublikamızın qabaqcıl ali təhsil ocaqlarından biri olan Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq barədə memorandum imzalanıb.
Memorandum “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və BANM-in rektoru Elmar Qasımov tərəfindən imzalanıb. İmzalama mərasimində hər iki qurumdan nümayəndələr, eləcə də təhsil ocağının tələbələri iştirak ediblər.
Bu əməkdaşlıq hər iki tərəfə yeni imkanlar yaradacaq. Bank Respublika üçün bu, gənc, yaradıcı və potensiallı mütəxəssislərlə birbaşa əlaqə qurmaq, onların bilik və bacarıqlarını erkən mərhələdə dəyərləndirmək imkanıdır. Digər tərəfdən, Bakı Ali Neft Məktəbinin tələbələri real iş mühiti ilə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq, bank sahəsindəki yenilikləri birbaşa öyrənmək şansı əldə edəcəklər.
Memorandum çərçivəsində tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkil olunması, Bank Respublika-nın mütəxəssisləri tərəfindən təlim və seminarların keçirilməsi, eləcə də gənc mütəxəssislərin peşəkar inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
Müəllim və tələbə heyəti qarşısında çıxış edən Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib: “Biz təhsilin inkişafını və gənclərin dəstəklənməsini strateji prioritetlərimizdən biri hesab edirik. Bakı Ali Neft Məktəbi, təhsil sahəsində yenilikçi yanaşmaları, elmi tədqiqatlara verdiyi dəstək ilə tanınır. Bu məktəb, gənc ixtisas sahiblərinin beynəlxalq standartlara uyğun şəkildə hazırlanmasında, onlara analitik düşüncə bacarıqları, liderlik qabiliyyətləri aşılamaqda əvəzsiz rol oynayır. Biz bu əməkdaşlığı sadəcə bir memorandum kimi yox, uzunmüddətli və perspektivli bir tərəfdaşlıq kimi qiymətləndiririk. Biz inanırıq ki, bu cür təşəbbüslər gənclərin peşəkar bacarıqlarının inkişafına dəyərli töhfə verəcək və onların gələcəyin uğurlu liderləri kimi formalaşmasına şərait yaradacaqdır.”
BANM-in rektoru Elmar Qasımov da öz növbəsində bildirib: “Bank Respublika kimi aparıcı və nüfuzlu maliyyə qurumu ilə əməkdaşlıq tələbələrimiz üçün unikal imkanlar yaradacaq. Bankın sosial məsuliyyət layihələrinə verdiyi önəm, xüsusilə təhsilin dəstəklənməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Biz inanırıq ki, bu əməkdaşlıq tələbələrimizə yalnız nəzəri bilikləri praktik bacarıqlarla birləşdirmək deyil, həm də Bank Respublika kimi dinamik və peşəkar mühitdə çalışaraq gələcək karyeralarına güclü bir əsas yaradacaq. Bu, həm də tələbələrimizə real iş proseslərini yaxından müşahidə etmək və özlərini inkişaf etdirmək üçün geniş imkanlar açacaq.”
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
18 d. əvvəl
Dollar bahalaşır, qızıl ucuzlaşır - Qızılın qiyməti 4000 dollara düşdü
- 30 d. əvvəl
-
- 37 d. əvvəl
- 43 d. əvvəl
-
54 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
14 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ucuzlaşmaqda davam edir
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
Ən çox oxunanlar
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!



























