Avtomobil sektorunun sağlamlaşdırılması üçün təkliflər verilib
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən ölkəmizin avtomobil sektorunda mövcud vəziyyətin icmalı, tendensiyalar, çağırışlar və təkliflər mövzusunda təqdimat edilib, Azərbaycan avtomobil sektorunun sağlamlaşdırılması üçün təkliflər verilib.Yanvarın 27-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib.
Bu barədə AYNA-dan bildirilib.
İclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin 2024-cü il üzrə icrasının nəticələri barədə məlumat verilib. Bildirilib ki, Yol Xəritəsinin əsas fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş bütün tədbirlər ötən dövr ərzində müvəffəqiyyətlə icra edilib, bir sıra tədbirlərin icrası 2025-ci ildə də davam etdiriləcək.
Yol Xəritəsinin icrası çərçivəsində qeyd olunub ki, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər görülüb, elektrik mühərrikli avtobusların idxal gömrük rüsumu 1 yanvar 2025-ci il tarixinədək “0”a endirilib, elektrik avtomobillərinin ehtiyat hissələrinin keyfiyyətinə dair müasir təcrübəyə uyğun milli standartlar qəbul edilib, mikromobillik infrastrukturu yaradılıb, mikromobilliyə dair yeni anlayışlar qanunvericiliyə daxil edilib, elektromobillik üzrə Milli Planın layihəsi hazırlanıb, ölkə ərazisində Elektrikdoldurma infrastrukturu genişləndirilib, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində nəqliyyat vasitələrinin sayını azaltmaq və daha yaxşı, təhlükəsiz mühit yaratmaq məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması üzrə tədbirlərin icrasına başlanılıb, eləcə də Bakı şəhərində elektrik və ekoloji təmiz CNG avtobusları istismara verilib.
İclasda, həmçinin altqrupun 29 oktyabr 2024-cü il tarixli iclasının Protokolunda qərara alınan tədbirlərin icra vəziyyətinə dair müzakirələr zamanı bildirilib ki, Azərbaycanda elektrikdoldurma xidmətinin normativ hüquqi bazası ilə bağlı mövcud vəziyyət araşdırılıb, “Azərişıq” ASC tərəfindən Azərbaycanın elektrikdoldurma xidməti bazarı üçün Vahid Platforma hazırlanıb və elektrikdoldurma xidməti göstərən bütün elektrikdoldurma məntəqələrinin Vahid Platformaya inteqrasiyası üzrə işlərə başlanılıb.
İclas zamanı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən ölkəmizin avtomobil sektorunda mövcud vəziyyətin icmalı, tendensiyalar, çağırışlar və təkliflər mövzusunda təqdimat edilib, Azərbaycan avtomobil sektorunun sağlamlaşdırılması üçün təkliflər verilib.
Həmçinin təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması üzrə mövcud vəziyyət və çağırışlar mövzusunda fikir mübadiləsi və altqrupun 2025-cü il üçün Yol Xəritəsinin hazırlanmasına dair müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
13 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
22 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
34 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 38 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
































