Hyundai-ın əməliyyat mənfəəti 17 faiz azalıb
Cənubi Koreyanın Hyundai Motor şirkəti dördüncü rübdə əməliyyat mənfəətinin 17% azaldığını bildirib.Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motor, yavaşlayan avtomobil bazarında artan reklam xərcləri səbəbiylə 4-cü rübdə əməliyyat mənfəətində 17% azalma baş verdiyini açıqlayıb. Bu azalma analitiklərin gözləntilərindən aşağı olub.
Marja.az xəbər verir ki, Kia ilə birlikdə dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan Hyundai, 2024-cü ilin oktyabr-dekabr ayları üzrə 2,8 trilyon von (1,95 milyard dollar) əməliyyat mənfəəti açıqlayıb. Bu rəqəm əvvəlki ilin eyni dövründəki 3,4 trilyon von mənfəətlə müqayisədə azalıb.
Buna baxmayaraq, məlumatdan sonra Hyundai səhmləri 1,4 faiz dəyər qazanıb. Çünki fakt analitiklərin proqnozundan aşağı olub.
Rüb ərzində Hyundai-ın qlobal satışları ABŞ və Hindistanda güclü performansa baxmayaraq, Cənubi Koreya, Avropa və Çində ləng tələbat səbəbindən azalıb. Analitiklərin fikrincə, yerli valyutanın (vonun) ABŞ dollarına nisbətdə ucuzlaşamsı Hyundai-nin milli valyutada gəlirlərini artırıb, eyni zamanda xarici borc və bununla bağlı maliyyə xərclərinin artmasına səbəb olub. Bu vəziyyət gəlirliyə mənfi təsir göstərib.
Hyundai Kia ilə birlikdə 2025-ci il satış artımının zəifləyən avtomobil tələbi və artan rəqabət səbəbiylə iki dəfə azalacağını gözləyir. Avtomobil istehsalçısı 2025-ci ildə gəlirinin 2024-cü ildəki 7,7% artıma qarşı, 3%-4% artacağını proqnozlaşdırır.
"Bu il biznes qeyri-müəyyənlikləri artır", deyən Hyundai, əsas bazarlardakı yavaşlama, elektriklə işləyən avtomobillərə tələbin yavaşlaması və makroiqtisadi dəyişkənliyi əsas gətirir.
ABŞ prezidenti Donald Trampın bu həftə fevralın 1-dən Kanada və Meksikaya 25% idxal rüsumları tətbiq edə biləcəyini deyib. Bu, Dünyanın ikinci ən böyük avtomobil bazarı olan ABŞ-da tələbi azaltmaqla təhdid edən siyasət qeyri-müəyyənliyidir.
Tramp həmçinin bildirib ki, o, elektrikli avtomobillərin alışı üçün vergi güzəştlərini ləğv etməyi nəzərdən keçirəcək.
Şimali Amerika və Cənubi Koreya Hyundai və Kia üçün ən böyük iki bazardır.
Əməliyyat mənfəəti gəlir hesabatının mühüm maddəsidir. İnvestorları xalis mənfəət və zərərdən daha çox əməliyyat mənfəəti maraqlandırır. Çünki şirkətin dəyəri onun əməliyyat mənfəəti ilə müəyyən edilir. Məsələn, dünya üzrə sənaye şirkətləri satıldıqda şirkətin illik əməliyyat mənfəəti 10-a vurulur və şirkətin dəyəri alınır.
Qeyd edək ki, Hyundai Motor Company (Hyundai Motor) 2024-cü ildə 4 milyon 141 min 791 ədəd avtomobil satıb, bu da 2023-cü illə müqayisədə 1,8 faiz azdır. Keçən il ərzində şirkət Koreyadan kənarda 3 milyon 436 min 781 avtomobil sataraq, illik müqayisədə demək olar dəyişməyib, Koreyada satışlar isə əvvəlki ilə nisbətən 7,5 faiz azalaraq 705 min 10 ədədə düşüb.
2025-ci ildə Hyundai Motor, Genesis lüks markası da daxil olmaqla, 4,17 milyon ədəd qlobal satışa nail olmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 10 d. əvvəl
- 44 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
1 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
1 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
1 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!






.jpg)
.jpg)






.jpg)






