Bakıda ipoteka ilə mənzil ən çox bu rayonlardan alınır
2017-ci il iyulun 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə Bakıda yaşayan vətəndaşlara verilmiş ipoteka kreditlərinin sayı 14,572 min təşkil edib. Bu barədə fonddan məlumat verilir.
31 iyun 2017-ci il tarixinə AİF-in xətti ilə 19,223 min, həmçinin cari ilin birinci yarısı ərzində 652 ipoteka krediti verilib. Beləliklə, fondun xətti verilən bütün ipoteka kreditlərinin 75,8%-i Bakı şəhərinin payına düşüb.
1 iyul 2017-ci il tarixinə Sumqayıtda 1974, Abşeron rayonunda (Xırdalan) 1206, Gəncədə 771, Naxçıvanda 223 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.
Fondun məlumatına əsasən, iyulun 1-nə AİF-in agent bankları tərəfindən 730 mln. manat məbləğində kredit, o cümlədən 521 min manat məbləğində kommersiya şərtləri, 209 mln. manat sosial ipoteka krediti təkrar maliyyələşdirilib.
AİF-in statistikasına əsasən, paytaxtda daha çox Xətai (24,3%), Yasamal (16,3%) və Binəqədi rayonlarında (13,9%) mənzil ipotekaya götürülür. Ən az ipoteka paytaxtın Qaradağ (2,8%), Səbail (3,5%) və Sabunçu rayonlarında (4,1%) mənzillərin alınması üçün verilir.
18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 36,7%-i), 30-35 yaş arasında olan (34%) və 36 yaşdan yuxarı şəxslər (29,3%) daha çox ipoteka krediti götürür.
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 92%-i çoxmərtəbəli binalarda mənzil alınması, 8%-i fərdi evlərin alınması ilə bağlı olub. Bununla yanaşı, ipoteka kreditlərinin 28,9%-i 40-60 kvadratmetr sahəsi olan mənzillərin, 27,8 %-i 60-80 kvadratmetr sahəsi olan mənzillərin, 14,9%-i 80-100 kvadratmetr sahəsi olan mənzillərin, qalanı isə digər sahələrə malik mənzillərin alınması üçün verilib.
Bütövlükdə ipotekaya götürülmüş mənzillərin 50,2%-i 30-60 min manat, 39,3%-i 60-90 min manat, 5,5%-i 90-120 min manat, 2,6%-i 30 min manata qədər, 2,4%-i 120 min manatdan yuxarı məbləğdə olub.
Aktiv şəkildə ipoteka ilə mənzil alanlar ailəli şəxslər (68%) və kişilərdir (80%). Borc alanların 44,2%-nin aylıq gəliri 1,1 min manatı ötür.
İpoteka ilə mənzil alanların əksəriyyəti hərbiçilər (21,1%), bank və sığorta şirkətlərinin əməkdaşları (22%), energetika sahəsinin əməkdaşlarıdır (12,6%).
2017-ci il iyulun 1-nə AİF ipoteka kreditlərinin verilməsi məqsədilə dövlət büdcəsindən 345 mln. manat məbləğində vəsait əldə edib. Öz istiqrazlarının yerləşdirilməsi nəticəsində Fond 400 mln. manat cəlb edib.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.
Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
11 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
16 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
16 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
16 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
16 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ







.jpg)








