"AFB Bank" 2024-cü ili xalis mənfəət ilə başa vurub
"AFB Bank" ASC 2024-cü ili 4 milyon 578 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 7 milyon 652 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması ötən il xərclərin artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsait qayıtmaması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 31 milyon 640 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 26 milyon 420 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 220 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 148 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 493 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "AFB Bank"ın cəmi əməliyyat gəlirləri 30 milyon 332 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 732 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 600 min manat təşkil etmişdi. Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 3 milyon 528 min manat mənfəətə əlavə olunmuşdu. Bank 10 milyon 128 min manat mənfəət vergisindən əvvəlki mənfəətindən 2 milyon 475 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "AFB Bank"ın faiz gəlirləri 305 min manat və ya 1,4%, qeyri-faiz gəlirləri isə 1 milyon 3 min manat və ya 12,3% artıb. Bankın kreditlər üzrə faiz gəlirləri daha çox artıb, qiymətli kağızları üzrə faiz gəlirləri isə azalıb.
Ötən il "AFB Bank"ın cəmi əməliyyat gəlirlərindəki 1 milyon 308 min manat artma qarşı, əməliyyat xərclərində artım 2 milyon 688 min manat təşkil edib. Bu səbəbdən Bankın əməliyyat mənfəəti 1 milyon 380 min manat azalıb.
BANKIN KREDİT PORTFELİ ARTIB
2024-cü ildə "AFB Bank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3 milyon 41 min manat və ya 1,7% artaraq 31 dekabr 2024-cü il tarixində 183 milyon 91 min manata çatıb. Bankın ipoteka kreditləri portfeli isə 9 milyon 454 min manat və ya 15,3% artaraq 71 milyon 272 min manata yüksəlib.
31 dekabr 2014-cü il tarixində "AFB Bank" 295 milyon 167 min manat cəmi aktivlərə, 132 milyon 983 min manat depozit portfelinə malik olub.
31 dekabr 2024-cü il tarixində "AFB Bank" 75 milyon 26 min manat məcmu kapitala malik olub ki, bu da Mərkəzi Bankın minimal tələbindən (50 milyon manat) xeyli yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















