"Azərbaycana Rusiyadan keyfiyyətsiz, qida dəyərini itirmiş toyuq ətinin idxalı artıb" - Assosiasiya
"Əgər Rusiyanın özündə toyuq əti qıtlığı yaşanırsa, idxa rüsumlardan azad olunursa, bu ölkədən normal qida dəyəri olan toyuq ətinin ixracına imkan verilə bilərmi? Yaxud normal toyuq ətinin qiyməti ixrac ölkəsi Rusiyada, Azərbaycanda qeydə alınan qiymətdən ikiqat ucuz ola bilərmi?"
Azərbaycanın ərzaq bazarında qida təhlükəsizliyinin təmin olunması ölkə rəhbərliyinin birbaşa diqqətində olan məsələlərdən biridir. Bu sahədə dövlətin iradəsinə qarşı olan prosesləri görən hər kəs onların önlənməsi üçün əlindən gələni etməyə borcludur. Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu prinsipi əsas götürməklə həm ölkə ictimaiyyətinin, həm də əlaqədar dövlət qurumlarının diqqətini son aylarda müşahidə olunan təhlükəli bir prosesə cəlb etmək niyyətindədir.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, ki, 2024-cü ildən başlayaraq Azərbaycana xaricdən, xüsusilə də Rusiyadan toyuq ətinin idxalında artım müşahidə olunur. Ölkənin daxili tələbatının təmin olunması üçün xaricdən ərzaq mallarının, o cümlədən də toyuq ətinin idxalı təbii prosesdir, çünki yerli istehsal daxili tələbatı tam təmin etmək üçün yetərli deyil. Lakin idxal olunan məhsulun keyfiyyəti Azərbaycanda qəbul olunmuş qida təhlükəsizliyi tələblərinə mütləq cavab verməlidir.
"Dövlət Statistika Komitəsinin açıqladığı statistikadan aydın olur ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana Rusiyadan 10 min 833,2 ton ev toyuğu əti idxal olunub. Sosial şəbəkələrdə yayılan və linkini press-relizə əlavə etdiyimiz rolikdən aydın olur ki, Rusiyadan gətirilən toyuq əti əsasən ana toyuqların ətidir.
Hansı ki, həmin toyuqlar qocalaraq yumurta vermək potensialını itiriblər. Belə toyuqların əti çox keyfiyyətsiz, demək olar ki, bütün qida dəyərini itirmiş formadadır.
Bir faktı qeyd edək ki, ötən ilin əvvəlindən Rusiyada toyuq ətinin çatışmazlığı və qiymətlərin sürətlə bahalaşması baş verib. Nəticədə Rusiya hökuməti 100 min ton toyuq əti idxalını rüsumlardan tamamilə azad edib. Əgər Rusiyanın özündə toyuq əti qıtlığı yaşanırsa, idxa rüsumlardan azad olunursa, bu ölkədən normal qida dəyəri olan toyuq ətinin ixracına imkan verilə bilərmi? Yaxud normal toyuq ətinin qiyməti ixrac ölkəsi Rusiyada, Azərbaycanda qeydə alınan qiymətdən ikiqat ucuz ola bilərmi?
Bütün bunları nəzərə alaraq, Azərbaycan istehlakçılarını diqqətli olmağa, əlaqədar dövlət qurumlarını isə keyfiyyətsiz məhsulların ölkəyə idxalının qarşısını almağa çağırırıq", - Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
7 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
