ABŞ-da açıqlanan kritik göstəricilər pis çıxdı
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Avqust ayında 156 min artım qeyd edib.
"Marja" xəbər verir ki, ekspertlərin gözləntisi məşğulluq göstəricisinin 180 min səviyyəsində gerçəkləşəcəyi istiqamətində idi. Beləliklə, məşğulluq gözləniləndən az artıb.
İyul ayında 209 min səviyyəsində açıqlanan rəqəm 189 minə dəyişdirilib.
Həmin dövr üçün işsizlik nisbəti 4.4 faiz səviyyəsində açıqlanıb. Bu 4.3% olan gözləntini qarşılamayıb. İyulda işsizlik göstəricisi 4.3 faiz səviyyəsində açıqlanmışdı.
Orta saatlıq maaşlar Avqust ayında aylıq müqayisədə 0.1 faiz yüksələrək 0.2%-lik gözləntidən aşağı qalıb. Saatlıq maaşlar əvvəlki ay 0.3 faiz artım qeyd etmişdi.
ABŞ Dolları İndeksi göstəricinin açıqlanmasından sonra geriləyib.
İnvestor gözləntilərini ödəməyən göstəricilər, Fed-in faiz artıracağına dair gözləntilərin daha da azalmasına səbəb olub. Göstəricinin açıqlanmasından sonra avro qarşısında dəyərdən düşən dollar 1.1980 səviyyəsini görüb. Sonradan məzənnə geriləyərək 1.1860 səviyyəsinə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





