160 ton pomidoru bir-birlərinə atdılar
İspaniyanın şərqindəki Valencia şəhərinin Bunol rayonunda bu il 72-ci dəfə keçirilən "La Tomatina" adlı festivala qatılan 22 min nəfər, 160 ton pomidoru bir-birinə atıb.
"Marja" xəbər verir ki, Bunol bələdiyyəsinin yaydığı məlumata görə, rayon mərkəzinə gətirilən 6 yük maşından tökülən 160 ton pomidorun istifadə edildiyi festival üçün ayrılan küçələri dolduran minlərlə insan 1 saat ərzində pomidor ataraq əylənib.
Rahat paltarlar geyinən və gözlərini qorumaq üçün dəniz eynəkləri istifadə edən iştirakçılara, "pomidor döyüşü sahəsinə şüşə butulka ilə girməmək, üzərindəki qolsuz köynəyi cırıb atmamaq, ümumi əxlaqa zidd hərəkət etməmək və pomidoru əlində əzəndən sonra atmaq" kimi bəzi qaydalar tətbiq edilib
"Pomidor döyüşü" başa çatanda küçələr qırmızı rəngə boyanıb, rayondan keçən çayın suyunun da qırmızı axdığı diqqəti çəkib.
Festivalda 22 min adam iştirak edib. Tədbirə görə 740 təhlükəsizlik, səhiyyə və mülki mühafizə işçisi hazır vəziyyətə gətirilib.
Ölkədə, 1945-ci ildən bu yana hər il avqust ayının sonuncu çərşənbə günü keçirilən "La Tomatina"da son illər xaricilərin iştirakının artdığı açıqlanıb.
Əcnəbilərin, builki iştirakçıların 65%-ini təşkil etdiyi bildirilib. Avropa xaricində ABŞ, Yaponiya, Avstraliya, Braziliya, Kolumbiya, Argentina və Şimali Koreyadan da gələnlər olub.
İspaniyada 2002-ci ildə "Beynəlxalq Turistik Sərvət" elan edilən "La Tomatina" festivalında "müxtəlifliyi qorumaq və təhlükəsizliyi təmin etmək" üçün bəzi dəyişikliklər edildiyini deyən festivalın təşkilatçılarından Rafael Perez, "2005-2012-ci illərdə ciddi problemlər yaşayırdıq, çünki 50 minə yaxın insan gəlirdi. Bu vəziyyət, Bunol xalqını da narahat edirdi. Bu səbəbdən iştirak limiti qoyuldu",- deyib.
Son beş ildir ki, giriş pullu olan "La Tomatina", təxminən 9 min 500 nəfər sakinin yaşadığı Bunol rayonuna 300 min avroluq iqtisadi töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 14 d. əvvəl
- 31 d. əvvəl
-
-
37 d. əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
41 d. əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
3 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Ən çox oxunanlar
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib

























