"Türkiyə şirkətləri bəzən Azərbaycanda hansı sahələrə sərmayə yatıracaqlarını müəyyənləşdirə bilmirlər"
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycandakı üzvləri son üç ildə ölkə iqtisadiyyatına 61,3 milyon manat həcmində investisiya yatırıb.
Bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycana yatırılan xarici investisiyaların həcminə görə, ilk yerlərdən birini tutur: "Buna baxmayaraq, iqtisadi əlaqələrin inkişafı üçün qarşıda görüləsi çox iş var".
R. Cabirli xatırladıb ki, Şuşa Bəyannaməsində əsas hədəflərdən biri Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılmasıdır. O bildirib ki, İki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq genişlənir və buna dəstək olan Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayı artıq 35-ə çatdırılıb.
"MÜSİAD Azərbaycan"ın sədri qeyd edib ki, Türkiyə şirkətləri Azərbaycanda biznes qurmaqda maraqlıdır, lakin bəzən hansı sahələrə sərmayə yatıracaqlarını müəyyənləşdirə bilmirlər, bu da onların fəaliyyətini çətinləşdirir: "Eyni zamanda, maliyyə məsələlərində də problemlər mövcuddur. Tərəflər arasında ödəmələrdə gecikmələr olur və bu, bir tərəfli deyil, həm Türkiyə, həm də Azərbaycan şirkətlərindən qaynaqlanan hallarla müşahidə edilir. Bu vəziyyət əməkdaşlıq prosesini çətinləşdirir və tərəflərin qarşılıqlı işinə mənfi təsir göstərir".
R. Cabirli, problemlərin həlli üçün müvafiq dövlət qurumları ilə özəl sektorun əməkdaşlığını və iki ölkə arasında ticarət əlaqələrinin daha da gücləndirilməsini vacib hesab edir. O, həmçinin investisiya mühitinin yaxşılaşdırılması və logistika imkanlarının genişləndirilməsinin də bu sahədə əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, MÜSİAD-ın Bakı filialı 2018-ci ilin əvvəlindən etibarən aktiv fəaliyyətdədir. Azərbaycanda hazırda üzvlərinin sayı 80-ni ötüb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























