Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
Azərbaycanda sitrus meyvələri istehsalı üzrə iri sığorta ödənişi həyata keçirilib. Aqrar Sığorta Fondu tərəfindən Lənkəranda aqrar sahədə fəaliyyət göstərən “Mriya” MMC-yə limon, naringi və portağal bağına dəyən zərər üzrə 27 min manat ödəniş edilib.
Şaxtavurma nəticəsində sözügedən təsərrüfatın meyvə bağlarına ziyan dəyib. Nəticədə təsərrüfat zərərlə üzləşib, amma meyvə bağı sığortalı olduğuna görə, Aqrar Sığorta Fondu dəymiş zərəri kompensasiya edib.
Təsərrüfatın aparıcı aqronomu Ramiz Ramazanov bildirib ki, soyuq hava və şaxta sitrus bağlarına ən çox zərər vuran hallardan biridir. Adətən təsərrüfatlar bu halların qarşısını almaq üçün bitkilərin üzərinə xüsusi örtük çəkir, şaxtalı günlərdə bağlarda tonqal qalayır, ağaclara tüstü verir və digər üsullardan istifadə edirlər. Amma bu üsullar ağacları şaxtadan tam qorumur, nəticədə bağa və təsərrüfata zərər dəyir.
Bu hallardan qorunmaq üçün ən yaxşı üsul aqrar sığorta, daha dəqiqi bağları şaxtavurma (donvurma) halından sığorta etməkdir. «Mriya» şirkəti öz bağlarını baza zərfi ilə yanaşı, ayrıca olaraq şaxtavurmadan da sığorta etdiyi üçün 2024-cü ildə şaxtavurma nəticəsində dəyən zərər qarşılanıb.
Xatırladaq ki, ümumilikdə 2023-2024-cü illər ərzində Lənkəran-Astara regionundakı fermerlərə bitkiçilik sığortası üzrə 238 min manat sığorta ödənişi edilib. 2023-cü ildə bölgədə 61,5 min manat ödəniş edildiyi halda, 2024-cü ildə bu rəqəm 3 dəfəyə yaxın artaraq 176 min manatdan çox olub.
Qeyd edək ki, aqrar sığortanın əhatə etdiyi məhsulların siyahısı genişlənib. 2023-cü ildə bu regionda arpa, buğda və ərik məhsulu üzrə ödənişlər edildiyi halda, 2024-cü ildə arpa, buğda, çəltik, badam, ərik, kartof, noxud, limon, naringi və portağal məhsulları üzrə də ödənişlər edilib.
Bölgə üzrə sığorta hadisələrinin əhatə etdiyi risklər də genişlənib. Belə ki, Lənkəran-Astara regionlarında ödənişlər əsasən, dolu, fırtına, qasırğa, normadan artıq qar yağması, sel-subasma, şaxtavurma, 3-cü şəxslərin hərəkəti və vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərlər üzrə edilib.
Lənkəran-Astara regionunda heyvandarlıq üzrə də aqrar sığorta ödənişi həyata keçirilib. Son 2 ildə Lənkəran-Astara regionunda heyvandarlıq üzrə 11 720 manat ödəniş edilib. Bu ödənişlər Lənkəran və Astara rayonlarında həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
2 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır























