AZAL 50-dən çox istiqamət üzrə aviabiletləri 25% ucuzlaşdırdı
AZAL endirimli biletləri satışa çıxardı.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Yeni il ərəfəsində xüsusi “Yeni il” kampaniyasını elan edir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 20 dekabr-5 yanvar satış tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər.
Təklif 2025-ci il yanvarın 10-dan aprelin 30-na kimi və 20 sentyabr-26 oktyabr tarixləri arasında həyata keçiriləcək reyslərə şamil olunur.
Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinif tarifləri üçün keçərlidir, vergi və yığımlara şamil edilmir.
Endirimli biletlərin sayı məhduddur.
Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, kodşerinq, çarter və ölkədaxili uçuşları, həmçinin bəzi istiqamətləri əhatə etmir.
Aviabiletləri AZAL-ın rəsmi saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
