İşçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 5 milyard manatdan çox haqq yığılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482 min 194 vahid artıb və 2024-cü ilin dekabr ayının 1-nə 1 milyon 884 min 109 olub.
Marja.az xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 450.212 vahid artaraq 990.134 təşkil edib.
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10,5 faiz artıb
Məlumatda qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin yanvar-noyabr aylarına nisbətən 13 faiz artaraq 3,4 milyard manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 183,9 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,8 faiz artıb və 139,1 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 913,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,8 faiz artıb və 651,2 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























