Bu gün dünya valyuta birjalarında güclü dalğalanmalar ola bilər - Bunu gəlirə çevirə bilərsiniz
ABŞ-da Əmək Bazarı Göstəriciləri və İmkanlar(®) Bugün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
Qeyd edilən önəmli məlumatlardan yararlanaraq, qiymət dəyişikliklərini gəlirə çevirə bilərsiniz.
ÜMUMİ MƏLUMAT
Hər ayın ilk həftəsi olduğu kimi bu ayın da ilk həftəsinin cümə günü ABŞ-dan vacib iqtisadi göstəricilər açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ ilə bağlı göstəricilər bazar iştirakçıları tərəfindən hər ay böyük maraqla gözlənilir. Söhbət təbii ki, işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatında məşğulluq (ing. NFP) və əmək haqqlarının artım göstəricilərindən gedir.
NƏ GÖZLƏNİLİR?
FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərə baxdıqda ABŞ-da ötən ay ilə müqayisədə həm yeni yaranan işyerlərinin, həm də işsizlik səviyyəsinin artması proqnozlaşdırılır. Belə ki, ötən ay məşğulluğun 12000 nəfər artdığı açıqlanmışdısa, bugün açıqlanacaq göstəricinin 202000 olacağı ehtimal olunur. Qeyri-kənd təsərrüfatında yeni açılacaq işyerlərinin sayının baza həddi hesab edilən 200000-nin üzərindəki mövqeyini qoruya bilməsi ehtimalı ölkə iqtisadiyyatı üçün müsbət hal kimi qarşılana bilər. İşsizlik səviyyəsinin isə əvvəlki ayla müqayisədə artacağı proqnozlaşdırılır. Bu da investorlar tərəfindən ümumilikdə ABŞ iqtisadiyyatı üçün mənfi hal kimi dəyərləndirilə bilər. Qeyd edək ki, oktyabr ayı üçün bu göstərici 4.1% açıqlanmışdı. Noyabr ayında isə işsizlik səviyyəsinin 4.2% olaraq açıqlanacağı ehtimal edilir. Orta saatlıq əmək haqlarının aylıq müqayisədə 0.1% azalaraq 0.4%-dən 0.3%-ə enəcəyi ehtimal olunur. İllik müqayisədə isə orta saatlıq əmək haqlarının 4.0% olaraq dərc olunacağı proqnozlaşdırılır. Qeyd edək ki, ötən ay da illik müqayisədə əmək haqlarındakı artım 4.0% olaraq açıqlanmışdı. Əmək haqlarında artım dinamikasının zəifləməsi, FED-in inflyasiya hədəflərinə çatması üçün monetar siyasətlə bağlı qərarlarına da təsir göstərə bilər. Xatırladaq ki, FED-in sonuncu dəfə noyabr ayının 7-də faiz dərəcələrini 0.25% endirib. Hazırkı iqtisadi reallıqlar nəzərə alınaraq analitiklər FED-in dekabr toplantısında da uçot dərəcələrini azaldacağını proqnozlaşdırırlar.
BİRJALARA TƏSİRİ
Göstəricilərin faiz qərarına ciddi təsiri imkanlarını nəzərə alaraq, ABŞ-da tam məşğulluğun təmin edildiyi 2019-cu ilə nəzərən hazırki dövrdə bazar məşğulluqla bağlı göstəricilərə qarşı daha həssas davranır. İqtisadiyyatda inkişafın və sabitliyin yenidən bərpa olması və yüksək inflyasiya ilə mübarizədə FED-ə daha geniş imkanlar yaratması, bu göstəricilərin hansı istiqamətdə dəyişəcəyindən asılıdır. Bu səbəbdən iqtisadi göstəricilərin açıqlanması zamanı dolların digər valyutalar üzrə məzənnəsində, eləcə də qızıl və neft qiymətlərində ani dalğalanmalar baş verə bilər.
Belə ani dalğalanmalar qısa zamanda yüksək gəlirlilik imkanı yaratdığı kimi mövcud əməliyyatlarda risklərin də artmasına səbəb olur. Bakı vaxtı ilə 17:30-da açıqlanacaq məlumatlar öncəsi əməliyatlar üçün risk səviyyələri müəyyənləşdirilməli və dözümlülüyün təmin edilməsi məsləhət görülür.
Risk bildirişi: Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “InvestAZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
TİCARƏT HESABI AÇIN
"Invest-AZ İnvestisiya Şirkəti" QSC (VÖEN: 1800354501, ) Xətai rayonunu, Fəzail Bayramov küçəsi 28F, InvestAZ Plaza; ; [email protected] Lisenziya : İnvestisiya şirkəti fəaliyyəti. Lisenziya Nömrəsi : 087986 Qeydiyyat Tarixi : 09.01.2016 Lisenziyanı Verən Orqan : İqtisadiyyat Nazirliyi. Lisenziyanın Müddəti : Müddətsiz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 d. əvvəl
-
-
31 d. əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
37 d. əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
-
2 saat əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

























