Əmanətlərin Sığortalanması Fondu Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyətini qəbul edib
2024-cü ilin 25-26 noyabr tarixlərində Türkiyə Respublikası Tasarruf Mevduatı Sıgorta Fonunun nümayəndə heyəti fondun rəhbəri Fatin Rüştü Karakaş, fond rəhbərinin müavini və “YAZ Bilgi Sistemleri” İdarə Heyətinin sədri Melek Küreeminoğlu, “YAZ Bilgi Sistemleri”nin baş direktoru Fatih Hastürk və biznesin inkişafı üzrə meneceri Gökberk Yılmazdan ibarət tərkibdə ölkəmizdə rəsmi işgüzar səfərdə olmuşlar.
Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda bildirilir ki, işgüzar səfərin əsas məqsədi Əmanətlərin Sığortalanması Fondu ilə rəsmi görüşün keçirilməsi, təcrübə mübadiləsi və hər iki təşkilatı maraqlandıran məsələlərin müzakirəsi olmuşdur.
Belə ki, səfərin ilk günü Əmanətlərin Sığortalanması Fondu əməkdaşları tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanan qonaq nümayəndə heyəti ilə birlikdə Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Bakıdakı “Türk Şəhidliyi” abidəsinə ziyarət təşkil edilmiş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən təşkil edilmiş şam yeməyi baş tutmuşdur.
Səfərin ikinci günü ƏSF və TMSF arasında geniş tərkibdə rəsmi görüş keçirilmişdir. Görüş ƏSF-nin icraçı direktoru Tural Piriyevin açılış nitqi ilə başlanmış, daha sonra Fondun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru tərəfindən Fond barədə ümumi məlumatı əks etdirən, Maliyyə Departamentinin direktoru Vüqar Aslanzadə tərəfindən Fondun maliyyə vəziyyəti barədə, Hüquq Departamentinin direktoru Azər Əmirov tərəfindən hüquqi məsələlərlə bağlı, İT və təhlükəsizlik departamentinin direktoru Emil Quliyev tərəfindən Fondun fəaliyyətində informasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı təqdimatlarla, habelə qarşılıqlı müzakirələr və məlumat mübadilələri ilə davam etmişdir.
Görüşün gedişatında TMSF rəhbəri Fatin Rüştü Karakaş tərəfindən Türkiyə Respublikasında əmanətlərin sığortalanması və ləğvetmə prosesinin xüsusiyyətləri haqqında ümumi məlumatları əhatə edən təqdimat edilib.
Eyni zamanda ƏSF-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları ilə “YAZ Bilgi Sistemleri” şirkətinin nümayəndələri arasında həmin şirkətin təklif etdiyi xidmətlər, məhsullar və TMSF-də tətbiq edilən informasiya texnologiyaları həlləri barədə təqdimatları və məlumat mübadiləsini əhatə edən ayrıca görüş keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























